Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Azərbaycanda süni göllər yaradılır KONKRET

Azərbaycanda süni göllər yaradılır KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Yağış suları keyfiyyət baxımından daha üstündür. Həm suvarma, həm də müvafiq təmizləmədən sonra içməli su kimi istifadəyə tam yararlıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib.

Onun sözlərinə görə, 16 il öncə qlobal istiləşmə ilə bağlı araşdırma aparılıb:

“Hələ o zaman demişdik ki, ölkədə yağışların intensivliyi artacaq. Buna görə də yağış sularının toplanmasını və yay mövsümündə suya tələbatın pik həddə çatdığı dövrdə yenidən istifadəsini tövsiyə etmişdik.

Sovet dövründə belə Azərbaycanda süni göllər yaradılır və yağış suları həmin tutarlarda toplanırdı. Bu təcrübə hazırda Türkiyə və İsrail kimi su qıtlığı çəkən ölkələrdə geniş yayılıb. Azərbaycanın relyefinə nəzər salsaq, dağ, dağətəyi və aran bölgələrində yağış sularını toplamaq üçün böyük potensial var.

Təklifimizə əsasən, süni göllər boru şəbəkəsi ilə bir-birinə bağlanmalıdır. Çünki iqlim xüsusiyyətlərinə görə bəzi bölgələrə yağıntı az, bəzilərinə isə daha çox olur. Bu boru sistemi vasitəsilə suyu balanslaşdıraraq birbaşa əkin sahələrinə ötürmək mümkündür. Belə olarsa, kəndli və fermer su axtarışına vaxt itirməz, il boyu bu ehtiyatdan yararlanar.

Proses texniki cəhətdən elə də mürəkkəb deyil və nəhəng maliyyə vəsaiti tələb etmir. Hesablamalarımıza görə, təxminən 4 milyard dollara qədər vəsaitlə elə bir milli su sistemi qurmaq olar ki, Azərbaycan özünün həm içməli, həm də suvarma suyuna olan tələbatını tam qarşılasın”.

Vahid Məhərrəmov bildirib ki, yağışın problem yox, nemətdir:

“Əgər yağıntı Bakı şəhərində fəsadlar törədirsə, bu, yağışın yox, paytaxtın drenaj və kanalizasiya sisteminin problemidir. Son dövrlərin qlobal iqlim trendləri mütləq izlənilməlidir. Dünyada aysberqlər, Azərbaycanda isə yüksək dağlıq ərazilərdəki buzlaqlar sürətlə əriyir. İstiləşmə nəticəsində intensiv buxarlanma baş verir və bu rütubət atmosferdə toplanaraq sonradan qəfil, güclü leysanlar şəklində geri qayıdır. Bu cür hidrometeoroloji prosesləri öncədən proqnozlaşdırıb tədbir görmək lazım idi, lakin biz 16 ildir eyni məsələni təkrar-təkrar qaldırmaqda davam edirik.

Gələcəkdə də belə intensiv yağıntıların baş verəcəyi qaçılmazdır. Dövlət səviyyəsində tədbirlər görülməli, yağış suları səmərəli şəkildə yığılaraq ölkənin təmiz su balansına daxil edilməlidir”.

“Hazırda Kürdən gələn su demək olar ki, bir çox standartlara cavab vermir. Ondan məcburən suvarmada və hətta təmizləyərək içməli su kimi istifadə edirik. Lakin bu suyun tərkibində zərərli mikroorqanizmlər, ağır metallar və kimyəvi tullantılar var.

Sirr deyil ki, qonşu Gürcüstanın iri şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları təmizlənmədən birbaşa Kür çayına axıdılır. Çayın aşağı axınında (deltasında) yerləşdiyimiz üçün bütün bu toksik yüklənmə bizim ərazilərə daxil olur. Məhz bu səbəbdən daxili yağıntı sularının idarə olunması Azərbaycan üçün artıq sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik və sağlamlıq məsələsidir”, – deyə V.Məhərrəmov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri