Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Dietoloq Meqan Haf və kardioloq Sirisha Vadali bir qədəh şərabın sağlamlığa təsirindən danışıblar. Onlar spirtli içkinin qan təzyiqinə və ürək fəaliyyətinə təsirini izah ediblər.
Redaktor.az xəbər verir ki, mütəxəssislər bu barədə “Eating Well” nəşrinə müsahibələrində danışıb.
Meqan Hafın sözlərinə görə, bir dəfəyə bir porsiyadan artıq spirtli içki qəbul etmək (məsələn, 150 millilitrdən çox şərab və ya 250 millilitrdən çox pivə içmək) qan təzyiqinə təsir göstərə bilər. Belə halda təzyiq əvvəlcə aşağı düşür, bir neçə saat sonra isə yüksəlir.
Dietoloq qeyd edib ki, bir porsiya spirtli içki qan təzyiqinə təsir göstərməsə də, ürək döyüntülərinin tezliyini artıra bilər.
Kardioloq Sirisha Vadali isə mütəmadi olaraq çox miqdarda spirtli içki qəbul etməyin zamanla hipertoniya riskini artırdığını vurğulayıb.
“Əvvəllər bir qədəh qırmızı şərabın ürək üçün faydalı olduğunu deyirdik. İndi isə bilirik ki, spirtli içki qan təzyiqini yüksəldir və nə qədər çox içsəniz, təzyiq də bir o qədər artır”, – o bildirib.
Kardioloq hətta bir dəfə həddindən artıq spirtli içki qəbulunun da qulaqcıqların fibrilyasiyasına (ürək ritminin pozulması) səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl onkoloq Anastasiya Fatyanova xərçəngdən əvvəlki dəyişikliklərin xəstəlik aktiv inkişaf etməzdən xeyli əvvəl orqanizmdə başladığını bildirib. Onun sözlərinə görə, tütün, spirtli içkilər, infeksiyalar və oksidləşdirici stressin təsiri ilə hüceyrələrdə tədricən toplanan dəyişikliklər baş verir.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Noyabr 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















