Icma.az
close
up
RU
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparıldı

Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparıldı

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində yekun tədbir keçirilib. 

Redaktor.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ATU-nun kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov dövlətimizin təhsilə qayğısından və universitetdə tələbələr üçün yaradılan şəraitdən danışıb. S.Bağırov Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb. 

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev layihənin məqsədi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər dövlət qurumlarının gördükləri işlər və ictimai təşkilatların bu sahədə dövlət qurumları ilə əməkdaşlığının faydaları barədə danışıb. 

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova mövcud miqrasiya qaydaları haqqında geniş məlumat verdi.

Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı maddələrinə dair geniş izahatlar veriblər. 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Cavanşir Həsənov, əcnəbi tələbələrin qeydiyyat, təhsil prosesləri və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan bəhs ediblər. 

Çıxış edənlər tədbirin keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan Texniki Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri