Icma.az
close
up
RU
Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün yay məktəbi uğurla başa çatıb

Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün yay məktəbi uğurla başa çatıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 avqust, AZƏRTAC

İyun ayının ortalarından etibarən ölkəmizdə fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrində yay məktəbləri təşkil olunur. Bu proqrama uyğun olaraq iyulun 15-dən avqustun 15-dək Mahmud Kaşqari Beynəlxalq Fondu tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün ödənişsiz əsaslarla bir aylıq yay məktəbi uğurla həyata keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, proqramda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Misir, Pakistan, Cənubi Koreya, Çin və digər ölkələrdən olan tələbələr iştirak ediblər. Layihənin məqsədi əcnəbi tələbələrin Azərbaycan dili, tarixi, ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaq, eyni zamanda müxtəlif ölkələrdən olan gənclər arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmləndirilməsinə çalışmaqdır.

Proqramda iştirak edən bütün tələbələr Fondun prezidenti, fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə dərslik və metodik vəsaitlərlə təmin ediliblər.

Layihə çərçivəsində intensiv multikultural diskussiyalar və sosial-mədəni tədbirlər keçirilib. Tədris proqramına əsasən mühazirə və seminar məşğələləri müasir interaktiv təlim metodları ilə Fondun əməkdaşı Xəyalə Əfəndiyeva tərəfindən aparılıb. Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti üzrə nəzəri mühazirələrlə yanaşı, praktiki təqdimatlar da təşkil olunub.

Əcnəbi tələbələrin Azərbaycan ədəbiyyatını və mədəniyyətini daha dərindən mənimsəməsi üçün onlar bir sıra mədəniyyət və ədəbiyyat mərkəzlərinə ekskursiyalara cəlb olunublar. Tələbələr dünyanın ən kiçik nadir kitablarının qorunub-saxlandığı Miniatür Kitab Muzeyi, İstiqlal Muzeyi, Ədəbiyyat Muzeyi, Hüseyn Cavidin və Cəlil Məmmədquluzadənin ev muzeyləri, Azərbaycan Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi kimi məkanlara səfər zamanı zəngin eksponatlarla tanış olaraq Azərbaycan ədəbi və mədəni irsi barədə daha dolğun təsəvvürlərə yiyələniblər.

Bundan əlavə, Fondun təşəbbüsü ilə təşkil olunmuş Hərbi Qənimətlər Parkına ekskursiya da xüsusi əhəmiyyət daşıyıb. Tələbələr burada Azərbaycanın haqq mübarizəsi və Vətən müharibəsindəki Zəfəri ilə bağlı geniş məlumat əldə ediblər.

Uzun müddət Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin direktoru olmuş, hazırda Qahirə Ayn-Şəms Universitetinin professoru Əhməd Sami el Aydi bildirib ki, Fondun yay məktəbi çərçivəsində həyata keçirdiyi bu ekskursiyalar yalnız tədrisyönümlü deyil, həm də vətənpərvərlik baxımından xarakterikdir, əcnəbi gənclərə Azərbaycanın mübarizəsini və milli kimliyini daha dərindən anlamaq imkanı verir. Layihənin elmi aktuallığı beynəlxalq elmi mübadilə baxımından da xüsusi əhəmiyyət kəsb edir, çünki müxtəlif mədəniyyətlərin daşıyıcıları olan ölkələrin gənclərinin bir araya gəlməsinə şərait yaradır”, - deyə Ə.Sami əlavə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Sevda Məmmədəliyeva bildirib ki, belə layihələr adətən universitetlərin fəaliyyətinə müvafiq həyata keçirilir. “Mahmud Kaşqari Beynəlxalq Fondunun ictimai qurum olaraq bu miqyasda bir təhsil proqramını təkbaşına reallaşdırması elmi publikamız üçün ilk addımdır və alqışalayiq təşəbbüsdür. Fondun uğurla həyata keçirdiyi yay məktəbi Azərbaycanla dost ölkələr arasında əməkdaşlıq körpüləri yaradan mühüm bir platformaya çevrilib. Bu, həm təhsil, həm də mədəniyyət diplomatiyası baxımından uğurlu təcrübədir”, - deyə S.Məmmədəliyeva fikirlərini yekunlaşdırıb.

Eyni zamanda yay məktəbində müşahidəçi təhsil eksperti qismində iştirak edən professor S.Məmmədəliyeva əlavə edib ki, müasir metodlarla keçirilən dərslər həm də pedaqoji baxımdan qənaətbəxş səviyyədə təşkil olunub. Müəllimin dərsə hazırlığı, tələbələrlə ünsiyyət qurmaq bacarığı, individual yanaşmaları və ixtisas peşəkarlığı xüsusilə fərqlənib. Tələbələrin dərslik və metodik vəsaitlərlə təmin olunması Fondun təhsilə verdiyi xüsusi önəmi və punktual təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.

“Bu təhsil proqramı yalnız tədris prosesi deyil, eyni zamanda mədəni mübadilə, qardaşlıq bağlarının möhkəmləndirilməsi və dostluq körpüsünün qurulması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Ankara Universiteti dekanı, dosent Tayfun Haykır tədris proqramının müvəffəqiyyətlə başa çatdığını diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri