Azərbaycanda təhsil ocaqları ilə bağlı YENİLİK 5,8 milyon manat ayrıldı
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda təhsil müəssisələrində deratizasiya (zərərvericilərlə mübarizə), dezinseksiya (həşəratlara qarşı mübarizə) və dezinfeksiya (mikrobların zərərsizləşdirilməsi) işləri görüləcək.
BAKU.WS-in Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, görüləcək işlər üçün ayrılan məbləğ 5 milyon 887 min manat təşkil edir.
Sanitar xidmətlərin məqsədi təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin təmin edilməsidir. Uşaqların daha steril şəraitdə təhsil alması, infeksiya risklərinin azalması və gigiyenik standartların yüksəldilməsi prosesin əsas hədəfləri hesab olunur.
Bu istiqamətə ayrılan böyük həcmli vəsait təhsil ocaqlarında sanitar-gigiyena təhlükəsizliyi ilə bağlı cari problemlərin həllinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 09 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















