Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil avadanlıqlarının standartlaşdırılması istiqamətində yeni dövlət standartları qəbul edilib.
"APA-Economics" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni dövlət standartları tekstil avadanlıqlarına dair potensial risklərin müəyyənləşdirilməsi və qarşısının alınması ilə bağlı təhlükəsizlik tələbləri və qaydalarını müəyyən edir.
Bu dövlət standartlarının qəbul edilməsində əsas məqsəd tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risk səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin müvafiq beynəlxalq standart və tələblərə uyğunluğu təmin etməkdən ibarətdir.
Sözügedən standart layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 May 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















