Icma.az
close
up
RU
Azərbaycanda təmiz idman dəyərləri üçün yeni təşəbbüs

Azərbaycanda təmiz idman dəyərləri üçün yeni təşəbbüs

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 15 aprel - 15 may tarixlərini ölkəmizdə “Ədalətli İdman Ayı” elan edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 17-ni dünyada “Ədalətli İdman Günü” elan edib. Təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.

Hər il WADA-nın təşəbbüsünə qoşulan AMADA 2026-cı il 15 aprel - 15 may tarixlərini ölkəmizdə “Ədalətli İdman Ayı” elan edib.

WADA hər il müxtəlif formatlarda qeyd olunan “Ədalətli İdman Günü”nün bu il də rəqəmsal platformalar vasitəsilə geniş şəkildə təbliğ olunması üçün çağırış edib. Ali antidopinq qurumu cari ildə bu günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasını tövsiyə edir.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır. Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

WADA 2014-cü ildən etibarən hər il apreldə “Ədalətli İdman Günü”nü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu əlamətdar gün 2026-cı ildə 17 aprelə təsadüf edir. Artıq 12 ildir ki, “Ədalətli İdman Günü” beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see219

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri