Azərbaycanda tibbi kimya elm sahəsinə həsr olunmuş ilk monoqrafiya
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin və Elm və Təhsil Nazirliyinin Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları Xudayar Həsə¬nov, Orxan İsayev, Əsmət Əzizova, Nərminə Abdullayeva və Şimid Qası¬movun birgə apardıqları elmi tədqiqat işlərinin nəti-cələri rus dilində tərtib edilmış “Биокоординационные соеди¬нения платины (II) и палладия (II) в медицинской химии” (“Platin (II) və palladiumun (II) biokoordinasion birləş¬mələri tibbi kimyada”) adlı monoqrafiyada öz əksini tapmışdır.
Yeni çap olunan monoqrafiya Azərbaycanda tibbi kimya elm sahəsinə həsr olunmuş ilk monoqrafiyadır. Mo¬noqrafiya metal tərkibli bioloji fəal mad-dələrin alınması, fiziki-kimyəvi və tibbi tədqiqinə həsr olunmuşdur. Aparılan ilkin tibbi tədqi¬qatların nəticələri göstərir ki, alınan maddələr geniş tədqiqat işləri aparıldıqdan sonra gələcəkdə yaman şişlər və iltihab əleyhinə, radioprotector və antioksidant kimi istifadə oluna bilər.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın akademiki Əjdər Məcidov, rəy-çilər AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Azərbaycan Tibb Uni-versitetinin əzcaçılığın toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və biokimya kafedrasının dosenti Arzu Dadaşovadır.
Azərbaycan elminin inkişafında və beynəlxalq elm aləminə tanıdılmasında böyük rolu olacaq monoqrafiyanın hazırlanmasında əməyi keçən müəlliflərə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 04 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















