Icma.az
close
up
RU
Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilibVİDEO

Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilibVİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyin təşkilatçılığı ilə “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda əczaçılıq sənayesinin yaranma tarixinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunan tədbirin mahiyyətini vurğulayıb: “Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub. Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələrinin qurulmasını xüsusilə vurğulayan nazir qeyd edib ki, əczaçılıq sənayesinin qanunvericilik bazasının formalaşdırılması məqsədilə “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin İnkişafı Konsepsiyası” hazırlanıb: “Səhiyyə sahəsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və gərgin zəhməti sayəsində hərtərəfli inkişaf edir. Bu illər ərzində dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edən "Dərman vasitələri haqqında” Qanun qəbul olunmaqla yanaşı, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə qanunvericilikdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb.

Milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılan əlverişli biznes mühiti əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəlib. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Macarıstanın Semmelveis və Peç universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları bilik və təcrübələr mübadiləsini, akademik heyətin peşə hazırlığının artırılmasını nəzərdə tutur”.

Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu deyib. O, Macarıstanın Azərbaycana ixracının 49 faiz təşkil etdiyini vurğulayıb: “Bu konfrans Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisidir. Macarıstanın iki ən tanınmış dərman şirkəti 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərirlər. Peç Universiteti və Azərbaycan Tibb Universiteti isə əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətindədir”.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji rol oynayır: “Ölkəmizdə bu sektorun inkişafı ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısının alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir edir. İcbari tibbi sığortanın əsas məqsədi əhalinin sağlamlığının müdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər, davamlı çıxışı təmin etməkdir. Tibbi xidmətin keyfiyyətindən danışırıqsa, burada təkcə həkimin, tibb işçisinin deyil, dərmanın əlçatanlığı və effektivliyi də rol oynayır. Hazırda resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində də işlər aparılır”.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını diqqətə çatdırıb: “Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib. Bu layihələrin icrası əczaçılıq sənayesinin inkişafını və yerli istehsalı artırmağı hədəfləyir. Bu günədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edib: “Ötən müddət ərzində KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 200-dən çox startap şəhadətnaməsi verilib. Onların arasında səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili, tibbi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsi, ekoloji standartlara uyğun fəaliyyətin proqram təminatı ilə idarə olunması, eləcə də tibbi xidmətlərə qeydiyyat, nəzarət və analiz imkanlarını əhatə edən rəqəmsal platformaların inkişafını nəzərdə tutan layihələr də mövcuddur”. Onun sözlərinə görə, əczaçılıq sənayesinin inkişafında dövlət dəstəyi ilə yanaşı, özəl sektorun təşəbbüsləri də həlledici əhəmiyyət daşıyır. Sahibkarların bu sahəyə marağı, yeni investisiyaların cəlb olunması istehsal imkanlarının genişləndirilməsi baxımından çox vacibdir. Dövlətin yaratdığı şərait özəl sektorun bu sahədə fəallaşmasına və yerli istehsalın gücləndirilməsinə töhfə verməyə imkan yaradır.

Ələt Azad İqtisadi Azad Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov qeyd edib ki, Azad Zonanın ərazisində tikilən aeroportun beynəlxalq hava limanı olmasına qərar verilib. “Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişdiyi nöqtədə yerləşir. Hava limanı 750 hektar ərazini əhatə edəcək. Tikiləndən sonra bizim investorlar üçün bütün nəqliyyat logistika məsələlərinin həlli çox sadə və əlverişli şəraitdə həll olunacaq”, - deyə V.Ələsgərov bildirib.

Macarıstan Milli Səhiyyə Sığorta Fondunun departament rəhbəri Akoş Karsayini, Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andraş Fittler və “Egis” şirkətinin kommersiya direktoru Çaba Paç çıxışlarında qeyd ediblər ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri