Azərbaycanda tibbi turizm sahəsində əsas hədəflər açıqlanıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir.
525.az xəbər verir ki, bunu səhiyyə naziri Anar Bayramov Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında deyib.
Onun sözlərinə görə, tibbi turizmə yalnız bir turizm istiqaməti kimi baxmaq olmaz: "Buna həm də ölkənin səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinin mühüm amili kimi yanaşmalıyıq. Bu istiqamətdə ölkəmiz üçün mühüm hədəflərdən biri Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin gücləndirilməsidir. "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, ölkənin müxtəlif şəhər və rayonlarında dövlət-özəl tərəfdaşlığı əsasında xarici vətəndaşlara tibbi turizm xidmətlərini göstərən tibb müəssisələrinin sayının artırılması nəzərdə tutulub".
Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən edilmiş nəticə indikatorlarından biri də Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olmasıdır: "Tibbi turizm indeksi ölkələrə mövqeyini beynəlxalq səviyyədə qiymətləndirmək, mövcud imkanlarını təhlil etmək və tibbi turizm inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirmək baxımından mühüm imkan yaradır. Bu məqsədlə Azərbaycanın Səhiyyə Nazirliyi ilə "Global Health Accreditation" arasında müqavilə bağlanıb. Müqavilə çərçivəsində aparılacaq araşdırmalar ölkəmizdə tibbi turizmin mövcud vəziyyətini əks etdirməklə, bir müddət sonra tibbi turizm potensialını görülmüş tədbirlərin nəticələrini müqayisəli təhlil etməyə imkan verəcək. Əldə ediləcək nəticələr və Azərbaycanın müvafiq reytinqi 2026-2027-ci illər buraxılışında əks olunacaq".
A.Bayramov vurğulayıb ki, tibbi turizmin inkişafında Səhiyyə Nazirliyinin rolu yalnız tibbi xidmətlərin təşkili ilə məhdudlaşmır: "Nazirlik bu sahədə dövlət siyasətinin formalaşdırılması, beynəlxalq təcrübənin milli səhiyyə sisteminə inteqrasiyası, tibbi xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, həmçinin ölkənin beynəlxalq səhiyyə məkanında nüfuzunun artırılması istiqamətində aparıcı institusional rolu həyata keçirir. Turizmin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər çərçivəsində tibbi klasterlərin və azad iqtisadi zonaların təşkil imkanları da nəzərdən keçirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən tibbi infrastrukturu, ixtisaslı mütəxəssisləri və turizm imkanları ölkənin regional tibbi turizm mərkəzinə çevrilməsi üçün mühüm zəmin yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 04 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















