Icma.az
close
up
RU
Azərbaycanda torpaq bahalaşacaq?

Azərbaycanda torpaq bahalaşacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Torpaq sahələrinin icarəsi, satışı və özəlləşdirilməsi qaydalarının dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının enerji layihələri üçün istifadəsinin genişləndirilməsi təklif olunur.

Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihəyə əsasən, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı bir sıra yeni mexanizmlər tətbiq olunur. 

Dəyişikliklər dövlət və bələdiyyə torpaqlarından istifadə imkanlarının genişləndirilməsini, xüsusilə enerji və infrastruktur layihələri üçün torpaq ayrılması prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Layihəyə görə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi mümkün olacaq.

Eyni zamanda, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün də torpaq sahələrinin ayrılması mexanizmləri genişləndirilir.

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bir hissəsi açıq torpaq hərracları və müsabiqələr olmadan, birbaşa icarəyə verilə biləcək. Xüsusilə enerji, dövlət-özəl tərəfdaşlığı və strateji layihələr üzrə torpaq münasibətlərində yeni yanaşmalar tətbiq ediləcək.

Qanun layihəsində torpaq bazarı ilə bağlı qaydalarda da dəyişikliklər nəzərdə tutulur. Belə ki, bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması və istifadəsi prosedurları yenilənir, torpaq icarəsi münasibətlərində müqavilə mexanizmləri dəqiqləşdirilir.

Layihəyə əsasən, dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına yeni müddəa əlavə edilir. Yeni müddəaya görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində açıq müsabiqə şərtləri əsasında seçilmiş özəl tərəfdaşlara tətbiq edilən qiymətlərin səviyyəsinə dövlət təminatı veriləcək.

Bu dəyişikliklər torpaq qiymətlərinin bahalaşmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, belə bir qərarın verilməsi nəticəsində çıxarış əldə edilə bilən torpaqların və çıxarışlı torpaq sahələrinin qiymətlərində yüksəlmə müşahidə olunacaq:

“Torpaq haqqında hər hansı qanunun dəyişdirilməsi və ya bələdiyyə tərəfindən, eləcə də illər əvvəl icra hakimiyyəti tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahələrinin sənədləşdirilməsi və xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qərarların yumşaldılması əlbəttə ki, torpaq bazarında xüsusi canlanmaya səbəb olacaq.

Belə bir qərarın verilməsi nəticəsində çıxarış əldə edilə bilən torpaqların və çıxarışlı torpaq sahələrinin qiymətlərində yüksəlmə müşahidə olunacaq. Bələdiyyə tərəfindən verilmiş, eləcə də əvvəllər icra hakimiyyəti tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahələrinin qiymətlərində də artım gözlənilir.

Bu, ondan irəli gəlir ki, həmin torpaqlar üzrə sənədləşmənin daha əlçatan olmaması və ya onların özəlləşdirilməsi ilə bağlı hər hansı qərarın yumşaldılması və qəbul edilməsi bu tip torpaqların qiymətlərini yüksəldəcək.

Qərardan sonra insanların torpaq sahələrinə, xüsusilə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan torpaqlara marağının artacağı gözlənilir. 

Çünki indiyə qədər bu sahədə konkret qərarların olmaması səbəbindən, xüsusilə 2000-ci illərdə icra hakimiyyəti və bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinə etimad zəifləmişdi. Sənədləşmənin mümkün olmaması bu inamsızlığı daha da artırmışdı”.

O qeyd edib ki, belə bir qərarın qəbul edilməsi nəticəsində torpaq almağa marağın artacağı ehtimal edilir:

“Qaydaların asanlaşdırılması və sadələşdirilməsi həm dövlətə, həm torpağa, həm də bələdiyyə sisteminə olan inamı gücləndirə bilər.
Eyni zamanda, qaydaların dəyişdirilməsi və hər hansı yumşaldıcı qərarın qəbul edilməsi əmlak bazarına, xüsusilə də həyət evlərinə ciddi təsir göstərəcək. Uzun illər risk səbəbindən alınmayan fərdi yaşayış evlərinə və torpaq sahələrinə maraq arta bilər.

Nəticə etibarilə, torpaqların və onların üzərində tikilmiş fərdi yaşayış evlərinin qiymətlərində artım müşahidə olunacaq. Ümumilikdə, istər torpaq, istərsə də həyət evləri üzrə qəbul edilən hər hansı yumşaldıcı qərar bu bazara təsirsiz ötüşməyəcək və qiymətlərin yüksəlməsinə səbəb olacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: torpaq Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri