Icma.az
close
up
RU
Azərbaycanda kartof kəskin bahalaşacaq?

Azərbaycanda kartof kəskin bahalaşacaq?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Bəs görəsən, payızlıq kartofun yığımının başlaması bazarda kartofu bir az da olsa ucuzlaşdıra bilərmi?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, son illər ölkədə kartof istehsalında vəziyyət sabit deyil: "Kartof yığımının ötənilki statistikasına baxanda öndə gedən rayon Qazaxdır. Ən çox kartof əkilən iqtisadi rayon Qazax-Tovuzdur. 2023-cü ilin statistik məhsul yığımını müqayisə etsək, Ağstafada 299.5, Gədəbəydə 129, Qazaxda 350, Şəmkirdə 286.2, Tovuzda 303.6 sentner kartof yığılıb. Cəlilabad rayonunda 311.8 sentner kartof yığılıb. İstehsala gəldikdə, 2023-cü ildəki kartof istehsalının statistik rəqəmləri göstərir ki, ölkə 2020-ci ilin vəziyyətinə qayıdıb. Həmin il bir milyon 37 min 636.8 ton kartof yığılmışdısa, 2023-cü ildə bir milyon 10 min 517.4 ton kartof yığılıb. 2021-ci ildə 1 milyon 61 min 957.7 ton, 2022-ci ildə 1 milyon 74 min 261.3 ton kartof istehsal olunub. Şəmkirdə ilbəil kartof yığımı artıb, nəticədə 188 min 615.7 tona yaxın kartof yığımı olub. Cəlilabad rayonunda 2022-ci ildə 190 min 400 ton kartof istehsalı olmuşdusa, 2023-cü ildə bu rəqəm 186 min 60 tona enib. Göründüyü kimi, istehsal və kartof yığımının statistikası stabil deyil. Ona görə də, qiymətlər ildən asılı olaraq dəyişə bilər".

R.Qarayevin fikrincə, qiymətlər maksimum 10 qəpik azala bilər: "2024-cü il hələ başa çatmayıb. Amma bazarda qiymətlərə nəzər yetirsək, rayonlarda bir kiloqram iri və yuyulmuş kartofun qiyməti 80 qəpik idi. Bolluq olsa, bu qiymət maksimum 10-15 qəpik enə bilər. Məsələnin digər tərəfi xaricdən gələn kartofun daha ucuz olmasıdır. Bu, yerli bazarda olan kartofları sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, yerli kartof həm də xarici bazarlara çıxarılır. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən dövrlərlə hazırkı dövrü müqayisə etsək, görə bilərik ki, qiymətlərdə cüzi də olsa, enmələr mövcuddur. Amma bazarda olan qiymətlərlə müqayisə etdikdə elə də böyük fərq yoxdur. Ötən ilin oktyabr ayı ərzində kartofun qiyməti 70 qəpiklə bir manat arasında dəyişirdisə, hazırda da eyni qiymətdir. Amma rayonlarda təklif edilən qiymətlərdə çox cüzi enmələr var. Bu, qısamüddətli də ola bilər".

İqtisadçının sözlərinə görə, qiymətlərə təsir edən ən əsas məqamlardan biri də vətəndaşla kəndli arasında vasitəçilərin olmasıdır: "Yarmarkaların keçirilməsi qiymətlərə təsir edə bilər. Kəndlinin birbaşa bazara çıxışı təmin olunmalıdır. Çünki qiymətləri daha çox vasitəçilər idarə edir. Kəndli gətirdiyi məhsulu tez şəkildə bir nöqtəyə təhvil verib getməyi üstün tutur. Bakıda gecələmək kəndlinin büdcəsinə uyğun deyil. Satıcılar da əksər hallarda bildirirlər ki, məhsullar bir nöqtədən gətirilir. Təbii ki, bu zaman daşınma xərci də məhsulun üzərinə əlavə edilməlidir. Belə olan halda regionlar və paytaxtda məhsul qiyməti xeyli fərqlənir. Rayonda bir manata qədər olan məhsulun qiyməti Bakıda 2-3 manat arası dəyişir. Həmçinin məhsulun satış ərazisi də önəmlidir. İcarəyə götürülən satış üçün yerin qiyməti də məhsula təsirsiz ötüşmür. Bazarda "yerpulu" adlanan haqq alınır. Belə halları nəzərə aldıqda, qiymət enməsini müşahidə edə bilmirik".

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Eldar Hüseynovun fikrincə, Rusiyada baş verənlərin təsiri nəticəsində ucuzlaşma haqqında danışa bilmirik: "Göstərilən statistikada qeyd olunan rəqəmlərdəki artım bazarda olan vəziyyətə təsir göstərə bilməyəcək. Çünki son günlər Rusiya bazarlarında kartofun qiyməti xeyli bahalaşıb. Bu səbəbdən, Azərbaycan və digər ölkələrdən Rusiyaya külli miqdarda kartof ixrac olunur. Rusiyada dolların qiymətində son günlər baş verən yüksəlmə də mütləq ki, Azərbaycanın daxili bazarından yan keçməyəcək".

Ekspertin fikrincə, ölkəmizin kartofa olan tələbatı çox, təminatı isə xeyli azdır: "Cəlilabad rayonundakı kartof sahələri xeyli azdır. Toplanacaq məhsul ölkəmizin kartof tələbatını ödəmək üçün kifayət etməz. Cəmi 2-3 ay tələbatı ödəmək mümkün olar. Daxili bazara təsir gücü maksimum 10 gün çəkər. Amma qiymətlərdə uzunmüddətli enmələrin olacağını söyləyə bilmirik. Hətta yaxın gələcəkdə - dekabr-fevral ayları arasında kartofun qiyməti kəskin şəkildə arta bilər. Yəni bu məhsulda hazırki il üçün ucuzlaşma qeyri-mümkündür. Bazarda tərəvəzlərdə xeyli qiymət artımı müşahidə edilir. Lakin qiymət enməsindən danışmaq mümkün deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri