Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA nın Tədbirlər Planı hazırlanacaq

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2026-cı il 20 avqust tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

525.az-a bu barədə AMEA-dan məlumat verilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Dövlət Proqramında Azərbaycanın zəngin tarixi-mədəni irsi, etnoqrafik müxtəlifliyi, qədim yaşayış məntəqələri və beynəlxalq ticarət yollarının mədəni turizm növünün inkişafı üçün geniş potensiala malik olduğu vurğulanır, bu istiqamətdə “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi, maddi və qeyri-maddi mədəni irs elementləri əsasında interaktiv turizm təcrübəsinə əsaslanan mədəni turizm məhsullarının yaradılması və təbliğ edilməsi nəzərdə tutulur.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi istiqamətində “Böyük İpək Yolu” turizm marşrutunun məzmununun hazırlanması, təsdiq edilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması, “Böyük İpək Yolu” ilə əlaqədar turizm təcrübə məhsullarının yaradılması, turizm sənayesi və beynəlxalq tərəfdaşlar üçün məlumatlandırma tədbirinin keçirilməsi nəzərdə tutulub və AMEA bu tədbirin icraçı qurumlarından biri kimi müəyyən edilib.

Həmçinin “Milli dadlar” elektron qastronomiya portalının təkmilləşdirilməsi çərçivəsində Azərbaycanın milli mətbəx irsinin elektron portalda toplanılması və sistemləşdirilməsi, portalda olan məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi planlaşdırılır və Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirin iştirakçı qurumlarından biri kimi müəyyən olunub.

Bundan əlavə, Dövlət Proqramında tədqiqat layihələrinin dəstəklənməsi mexanizminin tətbiqi üzrə analitik məhsulların və tədqiqatların istiqamətlərinin müəyyən edilməsi, tədqiqatların təşviqi mexanizminə dair təkliflərin hazırlanması, təşviq mexanizminin tətbiqi yolu ilə analitik məhsulun hazırlanması, tədqiqatın aparılması və dəstəklənməsi də nəzərdə tutulub və AMEA bu tədbirin də iştirakçı qurumlarından biri kimi müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Dövlət Turizm Agentliyi ilə geniş əməkdaşlıq əlaqələri olduğunu deyən akademik İsa Həbibbəyli birgə hazırlanmış “Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın ilk təqdimat mərasiminin ötən il Rəyasət Heyətində keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, mədəniyyətimizin ayrılmaz hissəsi olan zəngin milli mətbəx irsimizin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır və bununla bağlı AMEA-nın Tarix və Etnologiya, həmçinin Folklor institutlarında mühüm tədqiqatlar aparılır.

Akademik İsa Həbibbəyli maddi-mədəni irsimizin qorunması, yeni turizm marşrutlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Turizm Agentliyi arasında arxeoloji qazıntılara dair birgə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu istiqamətdə tədqiqatların ildən-ilə genişləndiyini söyləyib.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə bu günə qədər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər icra olunub və alimlərimizin akademik rəyi, elmi araşdırmaların gücü həmişə öz sözünü deyib. O bildirib ki, Dövlət Proqramı çərçivəsində Dövlət Turizm Agentliyi ilə Akademiya 3 əsas istiqamət üzrə çalışacaq.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının təklifləri əsasında AMEA-nın Tədbirlər Planının hazırlanması qərara alınıb və müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri