Icma.az
close
up
RU
Azərbaycanda Türkiyədən eşşəkləri kim alır?

Azərbaycanda Türkiyədən eşşəkləri kim alır?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib. Bu barədə "Yeniavaz" məlumat yayıb.  Bildirilib ki,  idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub. Buna qədər isə Azərbaycan xaricdən ulaq idxal etməyib.

Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib?

"Yeni Müsavat" bu suala  aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib. 

Belə olan halda, idxalın fiziki şəxsin sifarişi ilə olunduğu güman edilir. Çünki ulaqlardan ailə təsərrüfatlarında yüngül işlərdə istifadə edirlər. 

Azərbaycanda rəsmiləşmiş, iri ulaq təsərrüfatının olması ilə bağlı məlumat yoxdur. Bir zamanlar Abşeron rayonu Məhəmmədi qəsəbəsində ilk eşşək südü istehsal edən böyük ferma yaradılmışdı. Orada 100 başa yaxın ulaq saxlanılırdı. Bu ferma təkcə Azərbaycanda deyil, Qafqazda ilk böyük eşşək ferması idi. Sonradan həmin fermanın bağlanılması ilə bağlı məlumat yayıldı. Hazırda bu heyvanlardan yalnız ailə təsərrüfatında geniş istifadə olunur. 

Fermer Ceyhun İbrahimov Novxanıda yaşayır və kiçik eşşək təsərrüfatı var. O deyib ki, uşaq vaxtlarından ailəsi eşşək saxlayıb. Onun sözlərinə görə, hazırda 11 eşşəyi var, onlardan 4-ü sağılandır. Fermer bildirir ki, eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir, qalanda xarab olur: "Eşşəyi saxlamaq asan deyil. İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir. Südünün 200 qramını 10 manata satıram. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə, qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə".

Fermer yerli eşşəklərlə xaricdən gətirilən eşşəkləri də müqayisə edib: "Mənim Həmədan eşşəyim var. Onu mənə saxlamaq üçün veriblər.O eşşək yerlilərdən böyükdür və südü də çox verir.Türkiyəninki ilə bizim eşşəklər arasında heç bir fərq yoxdur. Onların belə baha qiymətə satılmasını da anlaya bilmirəm". 

Qeyd edək ki, Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur. 

Ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək "yoxa çıxıb".

Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə, bu rəqəm 14.9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur. Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş).

İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu - 895 baş

Quba rayonu - 891 baş

Samux rayonu - 728 baş

Tovuz rayonu - 550 baş

Yardımlı rayonu - 553 baş

Sabirabad rayonu - 474 baş

Goranboy rayonu - 468 baş

Astara rayonu - 448 baş.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri