Icma.az
close
up
RU
Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var...

Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a bildirilib ki, əhalinin artımı üçün bir sıra aktiv proqramlar mövcuddur:

"Bu gün ölkədə sosial təminat sisteminin mühüm bir istiqaməti uşaqlı ailələrə yönəlib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət ödənilir. Ünvanlı yardım proqramı ilə əhatə olunan ailələrin üzvlərinin böyük əksəriyyəti uşaqlardır və həmin ailələrdəki 1 yaşınadək uşaqlara əlavə olaraq aylıq müavinət verilir.

Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Son illər ardıcıl sosial islahatlar nəticəsində qeyd olunan ödənişlərdə dəfələrlə artıma nail olunub. Həmçinin çoxuşaqlı analara daha erkən dövrdə yaşa görə pensiya hüququ verilir.

Digər tərəfdən, qanunvericilikdə hamilə, 14 yaşına çatmamış uşağı və yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşağını təkbaşına böyüdən valideynlər üçün əmək münasibətlərində bir sıra güzəştlər də nəzərdə tutulub.

Bundan başqa, nazirlik tərəfindən cəmiyyətdə uşaqların, xüsusilə qız övladlarının dəyərinin yüksəldilməsi, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinin təşviqi, həmçinin reproduktiv sağlamlıq və analığın mühafizəsi istiqamətləri üzrə də mütəmadi olaraq maarifləndirici və məlumatlandırıcı layihələr və tədbirlər də həyata keçirilir".
Xatırladaq ki, 2015-ci il iyulun 1-dən etibarən 5-dən çox uşağı olan ailələrə hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri