Icma.az
close
up
RU
TƏCİLİ Azərbaycanda 3 uşaqlı ailələrə müavinət verilə bilər KONKRET

TƏCİLİ Azərbaycanda 3 uşaqlı ailələrə müavinət verilə bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda sırf 3 uşaqlı ailə statusuna görə ayrıca aylıq “uşaq pulu” hazırda nəzərdə tutulmur. Bununla belə, ilin sonunadək 3 uşaqlı ailələr üçün yeni müavinətin tətbiqi hüquqi baxımdan mümkün olsa da, hazırda bununla bağlı rəsmi şəkildə qəbul edilmiş qərar yoxdur.

Bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.

Professorun sözlərinə görə, 2026-cı ilin sonunadək 3 uşaqlı ailələr üçün yeni ödənişin tətbiqi ilə bağlı qərar qəbul edilərsə, bunun üçün müvafiq normativ-hüquqi baza yaradılmalıdır.

“Azərbaycanda demoqrafik vəziyyət qiymətləndirilərkən 3 uşaqlı ailələr üçün ayrıca müavinətin tətbiqi sosial-demoqrafik alət kimi nəzərdən keçirilə bilər. Son illərdə ölkədə doğum göstəricilərində azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ildə Azərbaycanda 112 620 uşaq doğulduğu halda, 2024-cü ildə bu göstərici 102 310 olub.

2026-cı ilin ilk 6 ayında isə Azərbaycanda 40 798 uşaq doğulub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 818 nəfər azdır. Əhalinin hər 1000 nəfərinə düşən doğum əmsalı da 9,0-dan 8,0-a enib. Eyni zamanda, ölüm əmsalı 5,8-dən 6,0-a yüksəlib”, – deyə Rəsmiyyə Sabir bildirib.

Professor hesab edir ki, doğum əmsalının azalması demoqrafik siyasətin yalnız ailələrə sosial yardım məsələsi kimi deyil, həm də əhalinin təkrar istehsalı baxımından nəzərdən keçirilməsini zəruri edir.

“Dövlət doğumu stimullaşdırmaq məqsədilə 3 uşaqlı ailələr üçün yeni müavinət tətbiq edə bilər. 2024-cü ildə doğum sırasına görə üçüncü uşaqların sayının 16 733 olduğu bildirilir. Bu göstərici belə bir sosial dəstək mexanizminin əhatə dairəsinin nisbətən məhdud ola biləcəyini göstərir.

Demoqrafik proseslərdə baş verən dəyişikliklər yaxın gələcəkdə demoqrafik yükü artıra bilər. Əhalinin tərkibində pensiya yaşında olanların payının artması, gənc əhalinin payının isə azalması sosial təminat sistemi üçün əlavə yük yaradacaq”, – deyə professor vurğulayıb.

Rəsmiyyə Sabir qeyd edib ki, 3 uşaqlı ailələrə veriləcək dəstək həm sosial, həm də demoqrafik siyasət aləti kimi qiymətləndirilə bilər. Onun fikrincə, 3 və daha çox uşağı olan ailələr üçün ailə kapitalı mexanizminin formalaşdırılması da məqsədəuyğun olardı.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri