Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Azərbaycanda aztəminatlı ailələrə yeni güzəştlər

Azərbaycanda aztəminatlı ailələrə yeni güzəştlər

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Kabineti "Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nı təsdiq edib. 

BAKU.WS-in məlumatına görə, Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə qaydaları belədir: 

Bu Qayda  "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən  bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu Qaydaya uyğun  həyata keçirilir. 

1.3. Bu Qayda aşağıdakı şəxslərə şamil olunur:

1.3.1. Azərbaycan Respublikasında yaşayan aztəminatlı ailələrin üzvlərinə;

1.3.2. əlillərə;

1.3.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara;

1.3.4. müharibə veteranlarına.

Güzəştli istifadə üçün müraciət

Bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə müraciət edirlər.

Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti - bu Qaydanın 1.3.1-ci yarımbəndində göstərilən şəxslər tərəfindən;

tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti - bu Qaydanın 1.3.2-ci və 1.3.3-cü yarımbəndlərində göstərilən şəxslər tərəfindən;

hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti –  bu Qaydanın 1.3.4-cü yarımbəndində göstərilən şəxslər tərəfindən;

şəxsiyyət vəsiqəsinin surəti.

Müvafiq qərarın qəbul edilməsi ilə bağlı icraat "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında həyata keçirilir.

Yekun müddəalar

Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir.

Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəkimədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir.

Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir. 

ŞAHİN Həbibov

BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Noyabr 2026 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri