Icma.az
close
up
RU
Azərbaycanda vəzifəli şəxsə 8 sutkalıq həbs SƏBƏBİ

Azərbaycanda vəzifəli şəxsə 8 sutkalıq həbs SƏBƏBİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Laçın Rayon İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən Laçın Rayon Kommunal Müəssisələri Kombinatının mühasibi Fərman Cabbarov həbs edilib.

"Cebheinfo.az"  xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Laçının Leninkənd kəndində dünyaya gələn, rayonun Qarakeçdi kəndində qeydiyyatda olan, ali təhsilli Fərman Cabbarova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fərman Cabbarov inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, Fərman Cabbarov əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Laçın rayon şöbəsinin aparıcı mühasibi vəzifəsində çalışıb. O, 2010-cu ildə DSMF-nın Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayevlə bərabər 2 il 6 ay müddətində həbs edilib.

İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər. Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri