Icma.az
close
up
RU
Azərbaycanda xarici hökmlər belə tanıncaq Ali Məhkəmə

Azərbaycanda xarici hökmlər belə tanıncaq Ali Məhkəmə

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittiham əsasən, şəxs 2007-ci il 11 avqust tarixində Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. 

Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib.

Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub.

Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. 

Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.

Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu qiymətləndirməyin vacibliyini qeyd edib. 

Bu materiallar təqdim edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.

Məhkəmə həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı prizmasından qiymətləndirilməlidir.

Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı, məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi qiymətləndirilib.

Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri