Ali Məhkəmə ilə Qazaxıstanın Ali Məhkəmə Şurası arasında memorandum imzalanıb
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
2025-ci il 29 oktyabr tarixində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ölkə.Az xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə tətbiq edilən yeniliklər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iki ölkə arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, birgə seminar və təlimlərin təşkili, eləcə də təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Qazaxıstan Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxov səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq və ədalət sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.
Görüş çərçivəsində ədalət mühakiməsinin təkmilləşdirilməsi, iki dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















