Icma.az
close
up
RU
Ali Məhkəmə məhkumu haqlı

Ali Məhkəmə məhkumu haqlı

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu barədə AzVision.az -a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.
Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməyib və məhkəmə öz mövqeyini onunla əsaslandırıb ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə hesab edib ki, CPM-in 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və MPM-in 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli və məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədi ilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğinin birdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.
Beləliklə, Ali Məhkəmənin Cinayət kollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qismən təmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilib və material Ali Məhkəmənin qərarında ifadə olunan mövqeyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri