Icma.az
close
up
RU
Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bolnisi, 9 noyabr, AZƏRTAC

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Rezo Həsənov çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoyub. Qarabağın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub.

O, bu Qələbənin Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu, gələcək nəsillər üçün milli qürur, birlik və vətənpərvərlik nümunəsi təşkil etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək, təxminən 30 il işğal altında qalmış Qarabağın azad edilməsinin Azərbaycan xalqının milli qürurunun, iradəsinin və birliyinin təcəssümü olduğunu bildiriblər. Onlar əldə olunan tarixi Qələbənin yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.

Çıxışlarda, həmçinin Azərbaycanın Dövlət Bayrağının xalqımızın müstəqilliyinin, dövlətçiliyinin, milli kimliyinin və suverenliyinin rəmzi olduğu qeyd edilib. Bayrağımıza hörmətlə yanaşmağın və dövlətçilik ənənələrimizi qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğu diqqətə çatdırılıb.

Sonda Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin gəncləri tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib. Həmçinin Mərkəzin gəncləri arasında elan edilmiş “8 Noyabr – Qarabağın Əbədi Zəfəri” adlı inşa müsabiqəsində iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri