Icma.az
close
up
RU
Azərbaycanda xəstəxananın 91 minini mənimsəyən vəzifəli şəxs məhkəmə zalından həbs edildi

Azərbaycanda xəstəxananın 91 minini mənimsəyən vəzifəli şəxs məhkəmə zalından həbs edildi

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Natiq Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan edilib və məhkəmə zalından həbs olunub. İş üzrə maddi sübutlar - Zərdab Rayon Mərkəzi Xəstəxanasından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zərdab filialında olan hesabından edilən qanunsuz köçürmələrin əks olunduğu  ASC-yə aid hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılıb. Cinayət işi üzrə ödənilməmiş 85670 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs Zərdab Rayon Mərkəzi Xəstəxanasına ödənilməsi barədə hökm çıxarılıb.

İttihama görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsində işləmiş Natiq Məmmədov öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilən özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talayıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək qəsdən vəzifə saxtakarlığı törədib.

Belə ki, o, ümumilikdə 91 270 manat məbləğində pul vəsaitini qanunsuz şəkildə özünün və xəstəxananın əməkdaşlarının hesablarına köçürüb. Sonra həmin şəxslərin əmək haqqı hesabına köçürülən 15 400 manat pul vəsaitinin onlar tərəfindən 2023-cü illərdə Zərdab rayonu ərazisində nağd şəkildə əlbəəl və ya nağdsız qaydada istifadəsində olan müvafiq bank hesablarına köçürmə yolu ilə özünə təqdim edilməsinə nail olub. Natiq özünün əmək haqqı hesablarına köçürülən 75 870 manat pul vəsaitini Zərdab rayonu ərazisində müxtəlif bankomatlardan nağdlaşdıraraq və ya nağdsız qaydada müxtəlif hesablara köçürüb, əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına məxsus olmaqla ona etibar edilən 91 270 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talayıb, habelə vəzifəli şəxs kimi rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək qəsdən vəzifə saxtakarlığı törədib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Mart 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see151

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see128

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see127

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see125

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see124

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see124

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see122

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see121

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see121

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see120

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see119

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see118

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see117

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see115

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see112

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see112

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri