Qaxın tutulan icra başçısı və digər şəxslərin nədə ittiham edildiyi məlum olub YENİLƏNİB
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
***
14.59
Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
APA xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.
İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.
Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq news24.az saytı yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















