Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İrəvanla bütün istiqamətlər üzrə müntəzəm dialoqumuz var".
Oxu.Az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın NEWS.ru nəşrinin müxbirinin sualını cavablandırarkən deyib.
Jurnalist ona aşağıdakı sualla müraciət edib:
"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə rəsmi Moskva ilə münasibətlərin möhkəmlənəcəyinə əminliyini bildirib. Ertəsi gün Ermənistanın baş naziri hökumətin Rusiya qoşunlarını respublikada saxlamaq istədiyinə ehyam vurub. İndi münasibətlərdə müsbət dinamikanın olduğunu demək olarmı?"
M.Zaxarova cavabında bildirib ki, bu məsələ üzrə ölkələr arasında rəsmi təmaslarda heç bir dəyişiklik müşahidə olunmur:
"Bizim İrəvanla bütün istiqamətlər üzrə - bu mövzunu müzakirə etmək üçün müəyyən edilmiş bütün qurumlar xətti üzrə müntəzəm dialoqumuz var. Bu məsələ praktiki müstəvidə heç vaxt qaldırılmayıb. Ola bilsin ki, o Ermənistanın ekspert dairələri çərçivəsində müzakirə olunub - bu, başqa məsələdir. Amma İrəvanla qarşılıqlı əlaqəmizdə bu məsələ qaldırılmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 19 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















