Icma.az
close
up
RU
Azərbaycanda yas mərasimi üçün 11 21 min manat lazımdır Xərclərin tam siyahısı

Azərbaycanda yas mərasimi üçün 11 21 min manat lazımdır Xərclərin tam siyahısı

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Məlum olduğu kimi, son illər Azərbaycanda yas mərasimlərinin təşkilində kommersiya elementləri artıb və bu sahə artıq bir sıra şirkətlərin, fərdi şəxslərin daimi qazanc mənbəyinə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, bir çox hallarda “yas biznesi” adlandırılan bu sahədə sahibkarlıq fəaliyyətiylə məşğul olanlar insanların “el içində biabır olmamaq” qorxusundan istifadə edərək müxtəlif yeni və bahalı xidmətlər təqdim edirlər.
Hər il Azərbaycanda on minlərlə insanın vəfat etdiyini nəzərə alsaq, bu “biznesin” kifayət qədər geniş müştəri bazasına sahib olduğu görülür.
Əhalinin təxminən yarıya yaxınının Bakıda yaşadığını nəzərə alaraq paytaxt ərazisində yas mərasimlərində təklif olunan xidmətlərin orta qiymətlərini təqdim edirik.
Vəfat edənin dəfn olunduğu ilk günün xərcləri:
- Meyitin yuyulması, kəfənlənməsi – 100–200 manat
- Nəqliyyat xidməti – 200–300 manat
- Molla xidməti (qadın və kişi molla üçün) – 100–200 manat
- Qəbir yeri – 300–800 manat
- Qəbirin qazılması və dəfndən sonra üzərinin örtülməsi – 400–600 manat
- Dəfnin ilk günündə verilən ehsan – 300–700 manat
Vəfat edən üçün 3–7 mərasimi:
- Bu mərasim əvvəllər kirayə götürülən çadırlarda olduğu halda, son zamanlar sayları sürətlə artan “Mərasim evləri”ndə baş tutur. “Mərasim evləri”ndə isə qiymətlər “Şadlıq evləri”ndə olduğu kimi hər oturacaq sayına görə hesablanır. “Mərasim evləri”ndə bir oturacağın orta qiyməti 10-20 manat arasında dəyişir və 3–7 mərasiminə orta hesabla 300 nəfərin gəldiyini nəzərə alsaq o zaman, ortalama xərc 3000–6000 manat arasında dəyişir.
Vəfat edən üçün qəbir daşının hazırlanması:
- Bu xərc qəbir daşının növündən, ölçülərindən, üzərində görülən dekorativ işlərin həcmindən asılı olaraq dəyişir. Qəbir daşının hazırlanması üçün çəkilən ortalama xərc təxminən 2000–3000 manat təşkil edir.
Vəfat edən üçün “cümə axşamları” mərasimi:
- 3–7 mərasimindən sonra 40 mərasiminə kimi olan 37 gün ərzində həftənin cümə axşamı günlərində evdə ehsan məclisləri təşkil olunur. Adətən bu mərasimdə ailə üzvləri, yaxın tanışlar iştirak edir. 40 mərasiminə kimi təxminən 4–5 “cümə axşamı” olur ki, bu zamanda orta hesabla 1500–2000 manat xərclənir.
Vəfat edən üçün 40 mərasimi:
- 40 mərasimləri də 3–7 mərasimlərinə bənzər şəkildə təşkil olunur. 40 mərasiminə gələnlərin sayı 3–7 mərasiminə gələnlərin sayından bir qədər az olduğu üçün xərclər də nisbətən az olur. Nəticədə 40 mərasimində ortalama xərc 2000–4000 manat arasında dəyişir.
Vəfat edən üçün “İl” mərasimi:
- İl mərasimi də 3–7 və 40 mərasimi kimi keçirilir və bu zaman da orta hesabla 1000–2000 manat xərclənir.
Təqdim etdiyimiz məlumatlardan da göründüyü kimi, Azərbaycanda bir insanın vəfat etməsi ailəyə təxminən 11 min manatdan 21 min manatadək xərcə başa gəlir.
Onu da qeyd edək ki, bu xərclər paytaxt Bakı üçün nəzərdə tutulan orta xərclərdir. Ailələrin maddi imkanlarından asılı olaraq bu xərclər arta və azala bilər.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see197

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see148

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri