Icma.az
close
up
RU
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31 64 min manata başa gəlir? Xərclərin siyahısı

Azərbaycanda toy etmək bəy və gəlin üçün 31 64 min manata başa gəlir? Xərclərin siyahısı

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanda toy mərasimi keçirmək adətən həm oğlan (bəy) tərəfindən, həm də qız (gəlin) tərəfindən xeyli xərc tələb edir.
Yeniavaz.com
xəbər verir ki, ailələrin maddi imkanlarına və bölgələrə görə bu xərclər dəyişir.
Qeyd edək ki, ortalama hesablamalara əsasən ən çox rast gəlinən xərclər və qiymətlər aşağıdakı kimidir:
Bəy (oğlan) tərəfin xərcləri:
- Restoran (150 nəfərlik toy) – 7 500 – 12 000 manat
- Zərgərlik (nişan üzüyü, gəlin üçün qızıllar və s.) – 4 000 – 10 000 manat
- Gəlinlik və salon xidmətləri (bəzən oğlan tərəfi qarşılayır) – 800 – 2 000 manat
- Avtomobilin ("Gəlin maşını") bəzədilməsi və kirayəsi – 300 – 800 manat
- Toydan əvvəl evin təmiri və birgə yaşayış üçün hazırlanması – 3 000 – 7 000 manat
- Bəyin geyimi (kostyum, ayaqqabı, aksesuarlar) – 500 – 1 500 manat
- Bərbər və salon xidmətləri (saç düzümü, üz baxımı və s.) – 50 – 150 manat
- Digər xərclər – 500 – 1000 manat
Ən çox rast gəlinən xərclərə baxdığımız zaman belə görünür ki, toy zamanı oğlan tərəfinin ortalama xərci 16 650 – 34 450 manat arasında dəyişir.
Gəlin (qız) tərəfin xərcləri:
- Restoran (eyni səviyyədə toy mərasimi) – 7 500 – 12 000 manat
- Cehiz (mebel, məişət texnikası, ev əşyaları və s.) – 6 000 – 15 000 manat
- Xına mərasimi və digər hazırlıqlar – 500 – 2 000 manat
- Digər xərclər – 500 – 1000 manat
Qız tərəfinin xərci oğlan tərəfinin xərcilə müqayisədə bir az aşağı olur. Toy zamanı qız tərəfinin ortalama xərci 14 500 – 30 000 manat arasında dəyişir.
Göründüyü kimi, bir toyun hər iki tərəf üçün toplam xərci 31 150 – 64 450 manat arasında dəyişir.
Bu rəqəmlər ailələrin seçimlərindən, bölgədən (paytaxt və ya rayon), restoranın səviyyəsindən və zərgərlik markalarından asılı olaraq arta və ya azala bilər. Bəzi ailələr bu xərcləri daha sadə formada, bəziləri isə daha təmtəraqlı şəkildə həyata keçirir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri