Icma.az
close
up
RU
Azərbaycanda yas mərasimləri qadağan edilir? Vacib açıqlama

Azərbaycanda yas mərasimləri qadağan edilir? Vacib açıqlama

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclasında yas mərasimləri müzakirə olunub. Bildirilib ki, qurum dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və buna dəstək verməyə davam edəcək.

Bu, yas mərasimləri ilə bağlı yekun qanunun veriləcəyindən xəbər verirmi?

Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur:

“Lakin müzakirələrin intensivliyinə baxmayaraq, hələ də konkret və davamlı nəticələr müşahidə edilmir. Halbuki yas mərasimləri ilə bağlı real irəliləyişə ciddi ehtiyac var. Problemin həlli iki istiqamətdə mümkündür: inzibati müdaxilə yolu ilə və ya vətəndaşların öz təşəbbüsü, məsuliyyəti əsasında. Mən daha səmərəli variant kimi ikinci yanaşmanı, yəni vətəndaşların könüllü və şüurlu iştirakını görürəm. Bu prosesdə əsas alətlərdən biri davamlı maarifləndirmə və ictimai təbliğatdır. Sistemli izah, məlumatlandırma və ictimai dialoq vasitəsilə cəmiyyətin yanaşmasını dəyişmək, müsbət nəticəyə nail olmaq mümkündür”.

Ceyhun Məmmədov 

Deputat bildirib ki, məsələnin həlli qanunvericilik tədbirlərində görülməməlidir:

“İnzibati üsul isə hər zaman gözlənilən effekti vermir. Bəzi hallarda əlavə narazılıq və yeni müzakirələr doğura bilir. Buna görə də problemin sırf inzibati mexanizmlərlə həllini effektiv model hesab etmirəm. Düşünürəm ki, davamlı maarifləndirmə, o cümlədən ictimai məsuliyyətin gücləndirilməsi daha dayanıqlı və uzunmüddətli nəticə verə bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri