Azərbaycanda yaşama icazəsi üzrə müraciətlərin SAYI ARTIB
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari ilin ilk altı ayı ərzində Azərbaycanda yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 38 884 müraciət qəbul edilib.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil
olunan mediaturda bildirib.
Qurum rəsmisi müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin artdığını qeyd edib:
"Müraciətlərdən 36 213-ü müvəqqəti yaşama icazəsi, 2 671-i isə daimi yaşama icazəsi ilə bağlı olub".
Eyni zamanda, iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5 087 müraciət daxil olduğu açıqlanıb.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:134
Bu xəbər 29 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















