Icma.az
close
up
RU
Azərbaycanda yayılan virusla bağlı rəsmi cavab gəldi Bu tarixlərə diqqət!

Azərbaycanda yayılan virusla bağlı rəsmi cavab gəldi Bu tarixlərə diqqət!

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur”.

Bu sözləri Globalinfo.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda yayılan kəskin respirator infeksiyaların artması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, dekabr–fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur:

“Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır. Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir”.

T.Eyvazov qeyd edib ki, qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır:

“Bu zaman onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir. Qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur. Buna görə də peyvəndləmə üçün əsasən sentyabr–oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu , hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır.

Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır. Qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri