Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azərbaycanda yayılan virusla bağlı həkimdən SOS ÖLDÜRÜR!

Azərbaycanda yayılan virusla bağlı həkimdən SOS ÖLDÜRÜR!

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adil Qeybulla: “Omikron ştamının mutasiyaya uğramış variantları əhali arasında yayılmaqdadır”


Azərbaycanda bu həftə daha bir nəfər xəstəlikdən ölüb. Hadisə Saatlı rayonunda qeydə alınıb. Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə vəfat edib. İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.

Ağcabədi rayonunun Ağabəyli kəndində məktəbli vəfat edib. 2015-ci il təvəllüdlü Aytac Novruzovanın yüksək qızdırmadan vəfat etdiyi bildirilir. Bəziləri isə məktəblinin ölümünə hazırda ölkədə yayılan kəskin respirator virus infeksiyasından dünyasını dəyişdiyini qeyd edirlər.

Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib.

Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.

Azərbaycanda virusdan baş verən ölüm halları narahatlığı daha da artır. Belə görünür ki, yeni virus koronavirusdan da tez öldürür.

Doğrudur, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb. Lakin təcrübə göstərir ki, yoluxan xəstələrdə virusun əlamətləri görünür.


Professor Adil Qeybulla “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib ki, epidemioloji vəziyyət dünyanın hər yerində qarışıqdır.

Onun sözlərinə görə, pandemiya bitsə də koronavirus davam edir: “Omikron ştamının mutasiyaya uğramış variantları bu gün də əhali arasında yayılmaqdadır. Mövsümü qrip virusu da indi yayılmağa başlayıb. Çindən başlanğıc götürən sinsitial (RSV) virus və metapnevmavirus daha da fəallaşıb. Qazaxıstan, Qırğızıstan, Rusiya və qardaş türkiyədə artıq qeydə alınıb. Azərbaycanda olması isə real və məntiqlidir. Son xəstələnmələr də göstərir ki, yeni virusdur və gedişatı fərqlidir. Xəstələnən şəxslər isə çox çətinliklə müalicə olunurlar. Bütün bunlar göstərir ki, situasiya nəzarət altına alınmalıdır. Poliklinikaların sahə həkimləri səfərbər edilməlidir. Özünü bir az nasaz hiss edən şəxslər mütləq həkimlə məsləhətləşsinlər, yataq rejimində olsunlar və ictimai yerlərdə gəzməsinlər ki, virus daha geniş yayılmasın. Ayaqüstə keçirəcəm deyib digər insanları da riskə atmaq olmaz. Nəzərə almaq lazımdır ki, COVİD-19 pandemiyasının davamı var. Çox qarışıq durumdur. Maska taxmaq və bol maye qəbul etmək məsləhətdir. Həkim nəzarəti və təyinatı olmadan antibiotiklərdən qətiyyən istifadə etməsinlər. Çünki antibiotiklər immun sistemini zəiflədir”.


İnfeksionist-hepatoloq Mərdan Əliyev açıqlamasında deyib ki, yeni yayılan xəstəlik qrip virus infeksiyasına daha çox oxşayır. Onun sözlərinə görə, qrip virusu kəskin respirator virusları arasında ən ağırıdır:

“Qripin kifayət qədər ağırlaşmaları da olur. Ən çox ağırlaşma pnevmoniyaya keçdikdə baş verir. İmmun sistemi zəif olan şəxslər ağır keçirir, hətta ölüm halları da yaşanır. Çünki qripin ştamları hər il dəyişir. Keçən il keçirdiyimiz qriplə builki qrip arasında böyük fərq var. Qrip virusu tez-tez mutasiyaya uğrayır və yeni ştamlar meydana çıxır. Hər il yeni ştamla biz rastlaşırıq. Bu il müşahidə olan qrip ötən ilkindən daha çox potegendir. Virus gücləndikcə insanların immun sistemi ona tab gətirmir. Yuxumuz zəifdir, bütün günü telefon, kompüter qarşısında oluruq. Qidalanmamız da kefiyyətli deyil. Bunların hamısı bizim immun sistemimizə təsir edir. Xəstələndikdən sonra özümüzü soyuğa verməməliyik, ev şəraitində olmalıyıq, bol su içməliyik. Uşaqlarda qızdırmaya xüsusi nəzarət olmalıdır.

Metapnevmavirus qrip qədər ağır deyil. Simptomları arasında qızdırma olmur. Ona görə də indi yayılan xəstəliyin bu virusa aid olduğunu deməzdim".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 17 Yanvar 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see652

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see458

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see324

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see321

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see320

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see307

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see292

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see272

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see262

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see246

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see239

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see228

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see226

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see226

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see222

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see205

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see198

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see197

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see193

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri