Azərbaycanda yeni həbsdən çıxmış məşhur bankir vəfat etdi FOTO
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
6 illik həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxan "Royal Bank"ın (ləğv edilib) baş direktoru Fuad Cam vəfat edib.
Bakupost.az qafqazinfo.az-a istinadən xəbər verir ki, F.Cam özəl klinikalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Fuad Cam atası Əli Camla birgə 6 illik həbsə məhkum edilmişdi. Ata-oğul ikisi də bu yaxında azadlığa buraxılıb. Həbsdən çıxan zaman vəziyyəti kritik olan oğul Cam qan xərçəngindən əziyyət çəkirdi.


