Icma.az
close
up
RU
Sınaqlardan çıxmış müttəfiqlik

Sınaqlardan çıxmış müttəfiqlik

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalidə İsmayılova,

Coğrafiya müəllimi

Bir neçə gün əvvəl dünyanın diqqəti yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlmişdi. Son illər bu ərazilərin beynəlxalq aləmin diqqət mərkəzində olması təsadüfi deyil. Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında gah el şənlikləri, gah beynəlxalq tədbirlər, gah musiqi festivalları, gah da beynəlxalq miqyaslı idman yarışları keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır.

Böyük dövlətçilik təfəkkürü, prinsipial mövqeyi və daim yeniləşən strateji baxışı ilə Prezident cənab İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilib. Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir. Bu baxımdan, 28 May Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı, sadəcə mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı – Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında süzülən hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirir. Laçında yaradılan yeni infrastrukturların açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mühüm hadisə kimi yadda qaldı. Həmçinin Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. Bu il 28 May-Müstəqillik Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun daha mühüm səhifəsi kimi yazılacaqdır. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi. Zirvə görüşündəki çıxışında bir daha dost ölkələrlə münasibətlərin tarixinə qısa nəzər salan dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir. Yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir, münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu gün də üç qardaş ölkə arasında həmrəylik davam edir. Üç ölkənin iştirakı ilə Laçında ikinci Zirvə görüşünün keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən təntənəli mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının və strateji əməkdaşlığının növbəti təzahürü oldu.

Cənab Prezident İlham Əliyev Laçında çıxışı zamanı da xüsusi olaraq qeyd etdi ki: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Dövlət başçısı cənab İlham Əliyev Laçında görüşdə qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir: "Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri