Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

YAP Azərbaycanda gedən ictimaisiyasi proseslərin içindən çıxmış zərurətdir

YAP Azərbaycanda gedən ictimaisiyasi proseslərin içindən çıxmış zərurətdir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

1992-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət olmaqla yanaşı, o dövrdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyev həmin dövrün reallıqlarından çıxış edərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”.

1992-ci il  noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanaraq xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini tapdı. Burada hər bir fərdin düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu müəyyənləşdirdi. Partiyanın Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas proqram məqsədləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik və güclü sosialyönümlü iqtisadiyyatın yaradılmasından ibarət idi. Nəticədə YAP yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü xalqın Heydər Əliyev şəxsiyyətinə olan böyük  inamını ifadə etməklə yanaşı, partiyanın yaranmasında ifadə edilən tarixi zərurəti bir daha təsdiqlədi. AXC-Musavat hakimiyyətinin yarıtmaz siyasəti ilə ölkədə yaranmış hərc-mərclik, ölkənin  parçalanmaq təhlükəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa zaman kəsiyində  aradan qalxdı, ölkə normal inkişaf mərhələsinə qədəm qoydu. Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu qeyd edən patiyamızın Sədri cənab İlham Əliyev həmin dövrü xatırlayaraq, müstəqilliyimizin ilk illərinin ölkəmiz üçün çox ağır keçdiyini bildirərək, deyir: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”. Çünki xalqımız Heydər Əliyev dühasına bələd idi, inanırdı ki, ölkəni düşdüyü ağır vəziyyətdən böyük dövlətçilik təcrübəsinə, özünəməxsus siyasi manevr etmə qabiliyyətinə malik və Vətəninə, millətinə bağlı bir insan çıxara bilər.

Hakim partiya kimi Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Sevindirici haldır ki, bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə çatdırmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr əldə etdi.

Təsadüfi deyil ki, sıralarında yeddi yüz əlli minə yaxın siyasi həmfikiri birləşdirən partiya bu illər ərzində keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Bu isə xalqımızın Yeni Azərbaycan Partiyasına, xüsusilə partiyanın Sədri  cənab İlham Əliyevə olan dərin inamı  və etimadının əyani göstəricisidir.

Danılmaz həqiqətdir ki, cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, iqtidar partiyası olan YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçərək, iştirak etdiyi bütün seçkilərdə qələbə qazanması ölkə vətəndaşlarının dövlət başçısı İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə daha da möhkəmlənən xalq-iqtidar birliyini göstəricisidir.

Bu gün hər bir YAP üzvü sevinir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə böyük  müvəffəqiyyətlə həyata keçirilir. Bu məqamda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”- fikirlərini xatırlamaq yerinə düşər.

Həqiqətən düşmən üzərində qazanılan Möhtəşəm Qələbə hər birimizin qürur mənbəyi olmaqla xalqımızın tapdanmış ləyaqətini bərpa etdi. Bu reallığı görən  Azərbaycan xalqı  bəlkə də, son 30 ildə bu qədər qürurlu olmamışdı. Tariximizin  44 günü ərzində yazılan Zəfər Salnaməsi ilə əzəli torpağımız olan Qarabağımız Azərbaycanımıza qovuşdu. Məhz bu Böyük Qələbə yenilməz Ali Baş Komandan kimi ölkə Prezidenti İlham Əliyev cənablarının sözünə, vədinə sadiq qalan, cəsarətli dövlət başçısı imicinin təsdiqlənməsinin reallığıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi fikirləri bir daha yada salmaq yerinə düşər: “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Həmin dövrdə bu fikirlər ümumxalq sevinci ilə qarşılandı. Üstündən 17 il keçəndən sonra əldə edilən Zəfər Salnaməsi xalqın öz seçimində yanılmadığını təsdiq etdi.

Partiyamızın hər bir üzvü qəti olaraq əmindir ki, dünənin, bugünün və gələcəyin partiyası olan, cənab  İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın  sürətli və hərtərəfli inkişafına davamlı şəkildə öz töhfəsini verəcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri