Azərbaycanda yeni idman portalı istifadəyə verildi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə "AzB.az" idman portalı istifadəyə verilib.
Sportal.az xəbər verir ki, Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. "AzB.az" saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq.
Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq.
Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir.
"AzB.az" redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat: "Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. "AzB.az" olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir".
İnstaqram: https://www.instagram.com/azb.aze
Teleqram: https://t.me/azbasketbol
Feysbuk: https://www.facebook.com/share/1FMWqs1RbT/
TikTok: https://www.tiktok.com/@azb.aze
Yutub: https://youtube.com/@azbasketbol
saytlarin hazirlanmasi
Baxış sayı:156
Bu xəbər 01 Oktyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















