Icma.az
close
up
RU
Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.

Uzman. Dr Fuad Bəşirov Modern.az-a açıqlamasında qeyd edib ki, boyla ağıl arasında heç bir əlaqə yoxdur: “Səslənən fikirlərə rəğmən, insanların boyunun getdikcə qısalması ilə bağlı bir tədqiqat varmı-yoxmu dəqiq bilmirəm. Olsaydı, çox güman ki, xəbərim olardı.

Çin və Yapon xalqlarının boyları ortalama insan boyundan qısa deyil. İndiyə qədər insanın fizioloji quruluşu ilə IQ (zəka göstəricisi olaraq qəbul edilir) arasında əlaqə olduğu göstərilməyib”.

Mütəxəssislər qeyd edir ki, hormonal dəyişikliklərlə bağlı müraciət edənlər arasında boy qısalığından şikayət edənlər çox olur. İllik böyümə sürəti 1-2 yaş arasında təxminən ildə 8 sm, bundan sonra isə yetkinliyə qədər ildə 5-6 sm-dir. İllik boy artımı yaşa görə normadan az olarsa, boy qısalığına səbəb ola bilər.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, Azərbaycanda insanların boyunun qısalması və çəkilərinin azlığı ilə bağlı heç bir statistika yoxdur.
“Azərbaycan ümumiyyətlə əhalisinə görə uzunboylu ölkələrdən deyil, təxminən ortaboylu ölkələr sırasındadır. Mənim bildiyim məlumata görə, uşaqlarda boyun qısalması prosesi deyil, əksinə, uzanması prosesləri gedir. Bundan əlavə, fiziki sağlamlıqla bağlı da birmənalı fikir söyləmək olmaz ki, azərbaycanlıların fiziki sağlamlığı kimlərdənsə geri qalır. Düzdür, insanların boyunun getdikcə qısalması ilə bağlı Milli Məclisdə də fikirlər səslənib, amma mən cılızlaşmaya meyllilik hiss etmirəm. Ola bilər ki, onlar hansısa Avropa ölkələrinin insanları ilə müqayisə edirlər. Qeyd edim ki, hər bir etnik qrupun özünün fiziki-antropoloji göstəriciləri var. Və bu göstəricilərə görə Avropa insanı ilə bizi müqayisə etmək düzgün deyil. Azərbaycanda 40-50 il əvvəlki göstəricilərə baxsaq da, qeyd edə bilərəm ki, fiziki olaraq dəyişiklik hiss olunmur”.

Bəzi mütəxəssislər boy qısalığını daha çox qohum evlilikləri ilə əlaqələndirirlər. Belə ki, qohum nikahları gendə cılızlaşmaya səbəb olur ki, bu da fiziki baxımdan özünü mütləq göstərir. Əlavə olaraq boy artımı üçün qidalanma və gigiyena da əsas şərtlərdən hesab olunur. Müxtəlif idman növləri ilə məşğul olmaq, proteinli qidalarla bəslənmək, gecikmədən həkimə müraciət edilərsə, boyun müəyyən qədər uzanmasına gətirib çıxara bilər. Araşdırmalara əsasən, uşaqların boyu 70% ata və anadan, 30% isə birbaşa qidalanmadan və sağlamlıq vəziyyətindən asılıdır.

Musa Quliyevin sözlərinə görə, Azərbaycanda insanların idmanla məşğul olması üçün şərait yaradılsa da, bu sistem halında formalaşmayıb: “Baxmayaraq ki, Azərbaycanda çoxlu sayda idman olimpiya kompleksləri açılıb, ancaq məktəblərdə idman dərslərinə çox ciddi fikir verilmir və idmanla bağlı müəyyən forumlar, hərəkatlar geniş şəkildə yayılmayıb. Sovet dönəmində məhəllələrdə turniklər olurdu, “Əməyə və müdafiəyə hazır ol” devizi altında müxtəlif məktəblərarası, rayonlararası idman yarışları keçirilirdi. Bu da insanların idmana marağını artırırdı və bu sağlamlıq cəhətdən çox vacib hesab olunur. Bunlar bir qədər azaldığı üçün ümumi göstəricilərə mənfi təsir edə bilər”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri