Icma.az
close
up
RU
Azərbaycanda yeni qida trendi: Qurbağa süfrələrimizə ayaq açır

Azərbaycanda yeni qida trendi: Qurbağa süfrələrimizə ayaq açır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son zamanlar Azərbaycanda qeyri-adi, lakin dünyada məşhur olan qida növlərinə maraq artmaqdadır. Bu baxımdan qurbağa əti dəbdə olan yeni qida trendlərindən biri kimi ön plana çıxır.

Bakıvaxtı.az-ın məlumatına görə, artıq bir çox restoranların menyusunda qurbağa ətindən hazırlanmış müxtəlif yeməklərə rast gəlmək mümkündür. Üstəlik, bəzi insanlar bu qeyri-adi məhsulu evlərinə də alaraq öz mətbəxlərində bişirməyə başlayıblar.

Əvvəllər qəribə və yad qəbul olunan qurbağa əti bu gün bir çoxları üçün maraqlı dad təcrübəsinə çevrilib. Bəzi vətəndaşlar onu sağlam və dietik qida kimi görür, bəziləri isə sadəcə fərqli bir ləzzət sınamaq istəyir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida mütəxəsisi Ağa Salamov bildirib ki, qurbağa əti Çin, İndoneziya və Fransız mətbəxi başda olmaqla, dünyanın ən məşhur mətbəxlərində istifadə olunur:

"Qurbağanın əsasən ayaq hissəsi yeyilir. Hər 100 qram qurbağa ətində təxminən 73 kalori, 16 qram zülal və cəmi 1 qram yağ mövcuddur. Bu səbəbdən də dietik qida hesab olunur. Dadı isə toyuq ətinə bənzədiyindən bir çox insan üçün tanış və rahat qəbul ediləndir".

Ekspertin sözlərinə görə, qurbağa əti ürək-damar sisteminə də faydalıdır:

“Tərkibində olan “Omega-3” yağ turşuları və kalium maddəsi qurbağa ətini ürək və qan-damar sağlamlığı üçün faydalı edir”.

Ağa Salamov: Ölkəyə gətirilən qurbağalar təbiətdən, yəni göl və ya bataqlıq kimi yerlərdən tutulubsa, bu...

A.Salamov qurbağa ətinin zərərindən də bəhs edib:

"Əgər kimsə desə ki, qurbağa əti yeyən adam ölər və ya zəhərlənər - bu, yanlışdır. Burada əsas məsələ qurbağanın haradan əldə olunmasıdır. Əgər ölkəyə gətirilən qurbağalar təbiətdən, yəni göl və ya bataqlıq kimi yerlərdən tutulubsa, bu, təhlükəli ola bilər. Çünki təbii mühitdə yaşayan qurbağaların orqanizmində müxtəlif bakteriyalar və zərərli mikroorqanizmlər olur. Bu da qida zəhərlənməsinə səbəb ola bilər.

Ancaq broyler şəklində, yəni fermalarda xüsusi baytar nəzarəti altında yetişdirilən qurbağalar zərərsiz hesab olunur və istehlakı üçün təhlükə daşımır”.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri