Icma.az
close
up
RU
Azərbaycanda yeni yaşayış minimum müəyyənləşdiriləcək Deputat yeni qanundan danışdı

Azərbaycanda yeni yaşayış minimum müəyyənləşdiriləcək Deputat yeni qanundan danışdı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Parlamentdə qəbul olunan “Yaşayış minimumu haqqında” Qanunla tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə də şəxslər üçün qida normalarının təsdiqlənməsi nəzərdə tutulur”.

“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov yeni qanunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə bu müəssisələr üçün qida normalarının təsdiqi ilə bağlı müddəa yer almırdı ki, bu da həmin strukturların institusional imkanlardan tam yararlanmasına mane olurdu. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq.

Vüqar Bayramov qeyd edib ki, eyni zamanda, sonuncu dəfə 11 il əvvəl təsdiq olunan minimum istehlak səbətinin yeni tərkibinin bu il müəyyənləşdirilərək təsdiqlənməsi planlaşdırılır. Bu addım “Yaşayış minimumu haqqında” Qanunun 3.2-ci maddəsinin tələblərinə əsasən həyata keçiriləcək.

Deputat vurğulayıb ki, minimum istehlak səbətinin yenilənməsi son 11 ildə xərclərdə baş verən artımların nəzərə alınmasına imkan verəcək. Onun sözlərinə görə, bu səbət yeniləndikdən sonra hazırda 285 manat olan yaşayış minimumunun yaxın dövrlərdə artırılması üçün hüquqi və iqtisadi əsaslar formalaşacaq.

“Yaşayış minimumu artırıldıqca ehtiyac meyarı da yüksələcək. Bu da sosial yardım məbləğinin artmasına imkan yaradacaq. Çünki ehtiyac meyarı nə qədər yüksək olarsa, dövlət büdcəsindən sosial yardıma ayrılan vəsait də bir o qədər artır. Bu, sosial dəstəyə daha çox ehtiyac duyan vətəndaşlarımızın müdafiəsinin gücləndirilməsi baxımından olduqca vacibdir”, – deputat əlavə edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri