Icma.az
close
up
RU
Azərbaycanda sosial şəbəkələr üçün yeni qaydalar müəyyənləşdiriləcək

Azərbaycanda sosial şəbəkələr üçün yeni qaydalar müəyyənləşdiriləcək

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderinin Azərbaycan Respublikasında fəaliyyətinə dair yeni qaydalar müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni anlayışlar

sosial şəbəkə platforması – istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (platforma) – yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (provayder) – platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;fərdi rəqəmsal hesab – fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.

Provayderin Azərbaycan Respublikasında fəaliyyəti

Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.

Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

Xarici hüquqi şəxs olan provayderin Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan Respublikasının ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verəcək.

Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) şəxslərin platformada qeydiyyatına dair tələblər təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.

Dövlət qeydiyyatına alınma tələbini 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablarının yaradılmasına yol veriləyən platformaların siyahısına daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra 6 ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçiriləcək:

provayderə yazılı xəbərdarlıq ediləcək;xəbərdarlıqdan sonra 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək;yuxarıda nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 300 min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq ediləcək;yuxarıda nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul ediləcək;yuxarıdakı qadağanın tətbiq edildiyi tarixdən sonra 90 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 % azaldılması üçün məhkəməyə müraciət təmin ediləcək. Bu müraciətə məhkəmə 5 gün müddətində baxacaq və qərar qəbul edəcək. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minəcək və qərardan şikayətin verilməsi onun icrasını dayandırmayacaq;yuxarıda göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 % azaldılması təmin ediləcək;yuxarıda göstərilən tədbirin tətbiqindən sonra 60 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 % azaldılması təmin ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri