Icma.az
close
up
RU
Azərbaycandakı avtomobillərin ən çox hansı ehtiyat hissəsi xarab olur? Sahil usta AÇIQLADI FOTO

Azərbaycandakı avtomobillərin ən çox hansı ehtiyat hissəsi xarab olur? Sahil usta AÇIQLADI FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər gün ölkə yollarında minlərlə nəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkət edir. Bəzi nəqliyyat vasitələri problemsiz işləyir, bəziləri isə qəfil sıradan çıxan hissələrə görə sürücülərə çətin anlar yaşadır. Bəzi detalları sürücülər tez-tez dəyişməyə məcbur qalır və bu hal onlar üçün adiləşib. Kimisi bunu yol şəraitinin ağır olmasına bağlayır, kimisi də sürücülərin öz səhvlərinə. Amma maraqlısı odur ki, orijinal və saxta hissələr arasındakı fərqi bəzən ancaq işin içində olan ustalar sezə bilir.

Bəs ən çox hansı detallar tez sıradan çıxır?

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobillərdə ən çox sıradan çıxan hissələr ön və arxa hissələrdə, yəni periodik işlək hissələrdə baş verir:
“Sürücülər bacardıqları qədər yaxşı firmaların məhsullarından istifadə etməyə çalışırlar. Amma bir çox hallarda, xüsusilə də avtomobil satılacaqsa, keyfiyyətli deyil, ucuz ehtiyat hissələrindən istifadə edirlər. Bu isə çox mənfi bir xüsusiyyətdir. Çünki avtomobilini satanda, əksinə, yaxşı ehtiyat hissələri qoymaq lazımdır. Sabah o maşın başqasına qismət olacaq və yeni sahibi problemlə üzləşməməlidir.
Mühərriklə bağlı isə tam fərqli yanaşma var: burada mütləq orijinal ehtiyat hissələrindən istifadə edirik. Çünki mühərrik çox həssasdır. Hətta sürücü özü ucuz, keyfiyyətsiz məhsul gətirsə belə, biz onu mühərrikə qoymuruq”. 

Sahil usta qeyd edib ki, sürücülərin ən çox diqqətsiz yanaşdığı məsələ təkərlərdir:
“Onlar çox vaxt işlənmiş, yaxud da keyfiyyətsiz təkərlər alırlar. Eyni yanaşma əyləc qaliferlərinə də var: ən ucuzunu seçirlər ki, sadəcə səs çıxarmasın. Amma əyləc qaliferlərinin səssiz olması heç də keyfiyyətli olması demək deyil. Hətta orijinal və keyfiyyətli qaliferlər də müəyyən hallarda səs edə bilər. Filterlərə gəldikdə isə, xüsusilə hava filterlərinə, sürücülərin əksəriyyəti orijinalına üstünlük vermir. Onlar düşünürlər ki, tez-tez dəyişdirdiklərinə görə ucuz filter kifayətdir. Amma əslində, mühərrikin sağlamlığı üçün mütləq orijinal hava filetrlərindən istifadə olunmalıdır. Yağ filterləri məsələsində isə vəziyyət bir qədər fərqlidir, çünki bu sahədə keyfiyyətli alternativ markalar da mövcuddur”. 

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri