Azərbaycandan Səudiyyə Ərəbistana yumurta, ət və süd məhsullarının ixracının artırılması müzakirə olunub
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səudiyyə Ərəbistanın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub, Azərbaycandan yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri müzakirə edilib.
Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, eyni zamanda "Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















