Icma.az
close
up
RU
AZPROMO: Azərbaycandan quş əti və yumurta ixracının artırılması üçün dəstək davam etdiriləcək

AZPROMO: Azərbaycandan quş əti və yumurta ixracının artırılması üçün dəstək davam etdiriləcək

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın yumurta ixracının artırılması və ixrac coğrafiyasının şaxələndirilməsi imkanları müzakirə olunub.

525.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri ilə və quruma üzv olan sahibkarlarla görüş keçirilib.

Görüşdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı son dövrlərdə Azərbaycanın yumurta ixracının artmasını və ixracın təşviqi çərçivəsində Agentlik və İxracatçılar Klubu tərəfindən quş əti və yumurta ixracatçılarına dövlət qurumları ilə əlaqələndirmə işlərində göstərilən dəstəyin davam etdiriləcəyini diqqətə çatdırıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli hazırda ölkədən süfrə yumurtasının 10-dək ölkəyə ixrac edildiyini və Azərbaycanın regionda lider süfrə yumurtası ixracatçısı olduğunu vurğulayıb.

Görüşdə vurğulanıb ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) süfrə yumurtasının ixracı yüksək potensiala malikdir. Bu istiqamətdə Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəliyinin dəstəyi ilə bir sıra görüşlərin keçirildiyi və qarşı tərəfin tələblərinin asanlaşdırılmasında irəliləyişin əldə olunduğu bildirilib.

Tədbirdə həmçinin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə ixrac prosesinin sadələşdirilməsi üzrə təkliflər dinlənilib, o cümlədən məhsulların ixrac üçün sertifikatlaşdırılması, fitosanitar nəzarət və yumurtanın xaricə tədarükü ilə bağlı digər məsələlərə dair sahibkarların sualları cavablandırılıb, görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri