Azərbaycandan sonra Türkiyədə də estetik əməliyyat etdirən gənc öldü Foto
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Türkiyəli fenomen Neşe Özkan estetik əməliyyat keçirdikdən sonra vəfat edib.
Ölkə.Az “haberler.com”a istinadla xəbər verir ki, qarın gərmə və sinə kiçiltmə əməliyyatı etdirən qadının ürəyi əməliyyat zamanı dayandığı bildirilib.
Eyni xəbərdə qeyd edilir ki, 28 yaşlı fenomen əməliyyatdan sonra zamanı yaranan fəsadlar nəticəsində dünyasını dəyişib.
N.Özkan Türkiyədə qatıldığı “Gəlin evi” verilişindən sonra populyarlıq qazanıb. O, 2 övlad anası idi.
Fenomenin ölümündən əvvəl instaqramın hekayə bölməsində faciəvi şəkildə ölən türk müğənni Bergenin mahnısını oxuyaraq paylaşdığı bildirilib.
Qeyd edək ki, Azərbaycanda 23 yaşlı bloger Nərmin İsgəndərova da estetik əməliyyatdan sonra ölüb. Məlumata görə, o, qarın gərmə və bədən şəkilləndirmə əməliyyatından sonra pisləşib və küçədə vəfat edib.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Dekabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















