Icma.az
close
up
RU
Azərbaycandan Türkiyəyə “mavi axın” tarixi od qardaşlığıdır

Azərbaycandan Türkiyəyə “mavi axın” tarixi od qardaşlığıdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən müddətdə TANAP-la qardaş ölkəyə 40 milyard kubmetrə yaxın qaz nəql olunub

Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biri olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin başlanmasından 11 il ötür. Xatırladaq ki, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə təntənəli təməlqoyma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP layihəsinə start verilməsini tarixi bir gün kimi dəyərləndirərək deyib: “TANAP enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma, ilk növbədə, bu layihə Türkiyə–Azərbaycan birliyi, qardaşlığı layihəsidir. TANAP layihəsinin tarixçəsi çox qısadır, ancaq çox şərəflidir... Qısa müddət ərzində artıq TANAP layihəsi gerçəkləşir, bu gün təməl daşı qoyulur. Mən TANAP layihəsinin Novruz bayramı ərəfəsində, İlaxır çərşənbə günündə təməl daşının qoyulmasında da böyük rəmzi məna görürəm. Biz milli ənənələrimizə bağlıyıq, sadiqik, öz gələcəyimizi milli dəyərlər üzərində qururuq. Biz bütün dünyaya da açığıq. Bu gün burada toplaşan, müxtəlif ölkələrdən gəlmiş qonaqlar bizim dəyərli dostlarımızdır. Bu işi biz bərabər görürük və görəcəyik”.

TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Belə ki, həmin il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. Dekabrın 26-da “Türkiyə ərazisində magistral qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında” Azərbaycan və Türkiyə hökumətləri arasında anlaşma memorandumuna imza atılıb.

Növbəti ildən isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. Belə ki, 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) sisteminə dair” saziş imzalanıb. Prezident İlham Əliyevin “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında” Qanunu imzalaması ilə Azərbaycanı Türkiyə və Avropa ölkələrinin qaz bazarlarına birləşdirən TANAP-a dair hüquqi bazanın formalaşdırılması başa çatdırılıb.

2012-ci il dekabrın 24-də boru kəmərinin istismarı ilə məşğul olan TANAP A.Ş. şirkəti təsis edilib. Qurumun səhmdarları isə SGC (Azərbaycan) – 51 faiz, BOTAS (Türkiyə) – 30 faiz, bp (Böyük Britaniya) 12 faiz və SOCAR Turkey Enerji A.Ş. (Türkiyə) 7 faiz şirkətləridir.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən bu nəhəng enerji layihəsi üzrə tikinti işlərinə, təqribən, 3 il vaxt sərf olunub. Azərbaycanı potensial qaz ixracatçısına çevirən TANAP Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir.

Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Maksimum hündürlüyü dəniz səviyyəsindən 2 min 700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. Boru kəmərinin obyektlərinə 7 əsas kompressor stansiyası və Əskişəhərə ayrılan qol üçün nəzərdə tutulmuş 1 kompressor stansiyası, 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də qaz sərfini ölçən 4 stansiya daxildir.

Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. Həmin il yanvar ayının sonunda Türkiyə ərazisində kəmərin təbii qazla doldurulmasına start verilib. İyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP-ın Türkiyə hissəsinin açılışı keçirilib. Qardaş ölkəyə ilk kommersiya qazının tədarükü 2019-cu il iyunun 30-da başlayıb. Noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində TANAP-ın Avropa ilə birləşdirilməsinin tamamlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın ölkənin hüdudlarından kənara nəql edən TANAP regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi sayılan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən birini təşkil edir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP Gürcüstan–Türkiyə sərhədindən başlayaraq Cənubi Qafqaz boru kəməri sisteminə qoşularaq qardaş ölkənin ərazisindən keçməklə Yunanıstanla sərhədə qədər uzanır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilib.

Ümumi dəyəri 7 milyard dollara yaxın olan bu boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Gələcəkdə isə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Ötən müddətdə boru kəməri vasitəsilə 98 milyard kubmetrdən artıq “mavi yanacaq” nəql edilib ki, bunun da, təqribən, 42 milyard kubmetri Türkiyəyə, 56 milyard kubmetri isə Avropaya ixrac olunub.

Yeri gəlmişkən, Trans-Anadolu boru kəməri və bütövlükdə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətinin uğur hekayəsidir. Belə ki, ölkəmiz əvvəllər qaz ehtiyatlarını dörd istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib.

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib. Azərbaycan qazının Avropaya nəqli üçün ən etibarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir.

Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.

Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açan TANAP Azərbaycanın bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və dünyanın enerji təhlükəsizliyinə töhfələri isə ildən-ilə artır.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri