Icma.az
close
up
RU
TANAP layihəsi: Azərbaycandan Türkiyəyə “mavi axın”

TANAP layihəsi: Azərbaycandan Türkiyəyə “mavi axın”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 ildə bu kəmərlə qardaş ölkəyə 36 milyard kubmetr qaz ixrac olunub

“Şahdəniz” yatağından çıxarılan təbii qazın ölkənin hüdudlarından kənara nəql edən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ilk hissəsinin istifadəyə verilməsindən 8 il ötür. Xatırladaq ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində boru kəmərinin birinci hissəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Həmin ayın 30-da isə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə başlanıb.

Trans-Anadolu boru kəməri Azərbaycanın enerji siyasətinin təntənəsidir. Belə ki, ölkəmiz əvvəllər qaz ehtiyatlarını dörd istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib. Beləliklə, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib.

Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir. Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaran bu boru kəməri ötən müddətdə hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olub.

Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, TANAP layihəsi Azərbaycan və Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir”.

TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin mərkəzi və əsas hissəsi olan bir layihədir. Uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməri sayılan TANAP Gürcüstan–Türkiyə sərhədindən başlayaraq Türkiyə–Yunanıstan sərhədində başa çatır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilib.

Xatırladaq ki, TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Belə ki, həmin il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. Həmin il dekabrın 26-da “Türkiyə ərazisində magistral qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında” Azərbaycan və Türkiyə hökumətləri arasında Anlaşma Memorandumuna imza atılıb.

Növbəti ildə isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) sisteminə dair” Saziş imzalanıb. Həmin il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş müzakirəyə çıxarılaraq təsdiqlənib.

Daha sonra Prezident İlham Əliyev “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında” Qanun imzalayıb. Bununla da Azərbaycanı Avropa ölkələrinin qaz bazarlarına birləşdirən Trans-Anadolu ixrac boru kəmərinə dair hüquqi bazanın formalaşdırılması başa çatdırılıb.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, 5 il vaxt sərf olunub. Ölkəmizi Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası 2019-cu il noyabrın 30-da istifadəyə verilib. Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP ilə qazı Avropa istiqamətində nəqlini davam etdirən TAP birləşdirilib.

Bununla da Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb. TANAP Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradır. Gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulması ilə Azərbaycan, həm də qaz nəqlində transit ölkəyə çevrilmək imkanı əldə edəcək.

Türkiyənin şərqindən qərbinə uzanan TANAP kəməri 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Maksimum hündürlüyü dəniz səviyyəsindən 2700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. İllik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanmış kəmər ilkin mərhələdə ildə 16,2 milyard kubmetr qaz nəql etmək imkanına malikdir. Kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.

Ötən müddətdə boru kəməri vasitəsilə 89 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql olunub. Bunun da 36 milyard kubmetrdən çoxu Türkiyə, 53 milyard kubmetrdən çoxu isə Avropa bazarlarına çatdırılıb. Bu rəqəmlər kəmərin istismara verildiyi vaxtdan qlobal enerji təhlükəsizliyində oynadığı strateji rolu təsdiqləyir. Məhz buna görədir ki, TANAP və onun aid olduğu Cənub Qaz Dəhlizinə beynəlxalq maraq getdikcə artır. Elə 2026-cı il iyunun ilk günlərində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın investisiya nəhəngi “Apollo Global Management” arasında TANAP layihəsi üzrə strateji əməkdaşlığın rəsmiləşdirilməsi də bunun bariz nümunəsidir.

Xəbər verildiyi kimi, iyunun 2-də SOCAR-ın prezidenti Rövşən Nəcəfin və “Apollo”nun idarəedici direktoru Conatan Barrın imzaladıqları sazişə əsasən, ABŞ şirkəti TANAP-da “SOCAR Türkiyə”yə məxsus 7 faizlik paya sahib olan holdinq şirkətində azlıq təşkil edən və nəzarət hüququ verməyən pay əldə edib. Bununla yanaşı, tərəflər enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu da imzalayıblar. Sənəd TANAP üzrə mövcud maliyyələşdirmənin 300 milyon ABŞ dollarınadək artırılmasını, həmçinin SOCAR qrupunun digər aktivlərinin maliyyələşdirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.

“Apollo”nun Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP-da SOCAR-a məxsus paya sahib olan törəmə quruma 1 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması diqqət çəkir. Hər şeydən əvvəl bu, TANAP-ın hazırkı 16 milyard kubmetrlik gücdən 24 milyard, daha sonra isə 31 milyard kubmetrlik mərhələyə keçidə yaxınlaşdığı bir dövrə təsadüf edir. Bunun üçün isə kompressor stansiyalarına və əlaqəli infrastruktura əhəmiyyətli investisiyalar tələb olunacaq. Bu baxımdan beynəlxalq kapitala çıxış layihənin gələcək genişlənməsinin əsas amillərindən birinə çevrilir.

Ümumilikdə, “Apollo”nun TANAP-la bağlı bp və SOCAR strukturlarına yatırdığı investisiyaların həcmi, təxminən, 2 milyard ABŞ dollarına çatıb. Bu isə dünyanın ən iri investisiya fondlarının Cənub Qaz Dəhlizini, sadəcə, enerji layihəsi kimi deyil, uzun illər ərzində strateji əhəmiyyətini qoruyacaq Ümumavropa miqyaslı infrastruktur marşrutu kimi qiymətləndirdiyini göstərən mühüm indikator hesab olunur.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri