Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.
Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Riqina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.
Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Avropa çempionatında Azərbaycanı 12 qadın şahmatçı təmsil edəcək
20 May 2026 14:22
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
05 Dekabr 2024 16:39
Avropa çempionatında Azərbaycanı o təmsil EDƏCƏK
08 İyun 2025 15:45
Azərbaycanı Avropa çempionatında 27 güləşçisi təmsil edəcək
17 Mart 2025 14:50
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar açıqlandı
23 İyul 2025 13:18
Baxış sayı:114
Bu xəbər 23 Sentyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















