Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar bəlli olub.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 16 idmançı yarışda qüvvəsini sınayacaq.
Bunlar Ramil Valizadə, Abdurrahman Rustamov, Səid Həmidov, Süleyman İsmayilzadə, Oqtay Hüseynov, Fərhad Shirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryam Cavadova, Anastasiya Boborikina, Anastassiya Qnussina, Mehri Abdurəhmanli, Vlastilina Xasyanova və Eqor Maynitskidir.
Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Müxbir – Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















