Icma.az
close
up
RU
“Azərbaycanın artan regional rolu Rusiyada narahatlıq yaradır” Politoloq

“Azərbaycanın artan regional rolu Rusiyada narahatlıq yaradır” Politoloq

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı hibrid təhdidlərin artması, Azərbaycan xalqının təhqir edilməsi, ölkə rəhbərliyi haqqında xoşagəlməz ifadələrin səsləndirilməsi və Azərbaycanın suverenliyinə yönəlmiş təhdidlər ciddi narahatlıq doğurur. Təbii ki, bunu sadəcə ayrı-ayrı media nümayəndələrinin özfəaliyyəti kimi qiymətləndirmək doğru deyil. Rusiya mediasını dövlət nəzarətində olduğunu nəzərə alsaq, orada səsləndirilən bu cür fikirlərin müəyyən siyasi dairələrlə razılaşdırılıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, hazırda Kreml qonşu ölkələrə münasibətdə getdikcə daha aqressiv ritorikadan istifadə edir: "Göründüyü kimi, Azərbaycana qarşı da hibrid təzyiq siyasətinin əsas istiqamətlərindən biri məhz kütləvi informasiya vasitələrindən istifadədir. Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsi, heç bir dövlətin maraqlarına təhdid yaratmaması və müstəqil "orta güc" kimi mövqeyini möhkəmləndirməsi Rusiyada narahatlıq yaradır.

Cənab Prezidentin Naxçıvanda verdiyi mesajlar Kremlin kulislərində "soyuq duş" effekti yaradıb. Moskvanın aqressivliyinin səbəblərindən biri də Azərbaycanın regional və beynəlxalq nəqliyyat layihələrində rolunun artmasıdır. Azərbaycan Şərq-Qərb nəqliyyat marşrutlarının əsas mərkəzlərindən birinə çevrilir, Ermənistanla sülh gündəliyini irəli aparır və Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində mühüm addımlar atır. Bütün bunlar regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırır".

Politoloq hesab edir ki, məhz bu səbəbdən Rusiyanın müəyyən dairələrində Azərbaycanın artan regional roluna qarşı narahatlıq və qısqanclıq müşahidə olunur: "Azərbaycana qarşı media üzərindən aparılan kampaniyanı da bu kontekstdədir. Lakin Rusiyanın kütləvi informasiya vasitələri vasitəsilə Azərbaycana təzyiq göstərməsi perspektivdə heç bir nəticəsi yoxdur.

Rusiya Azərbaycanla münasibətlərini qarşılıqlı etimad, hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir. Çünki qonşu dövlətə qarşı təzyiq və aqressiv ritorika Rusiyanın öz maraqlarına da ziddir. Eyni zamanda, Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin prinsiplərini pozur. Rusiya rəhbərliyi öz imzalarına hörmət etmir. Tərəflərin imzaladığı sənədlərə sadiq qalması və bir-birinin suverenliyinə hörmət etməsi münasibətlərin gələcəyi baxımından əsas şərtlərdən biridir. Azərbaycan daima öz imzasına hörmət edib.

Azərbaycan bundan sonra da öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirəcək və heç bir media kampaniyası bu siyasətin qarşısını ala bilməyəcək".

Nigar,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Avqust 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri