Icma.az
close
up
RU
Azərbaycanın qlobal və regional arenada artan rolu

Azərbaycanın qlobal və regional arenada artan rolu

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.Eyni zamanda  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş  uğurlu xarici dövlət strategiyası təşkil edir.

Bu amillər Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində də aydın şəkildə özünün əksini tapır.Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə dövlətimizin beynəlxalq arenada qazandığı uğurları və xarici siyasətinin strateji məqsədlərini diqqətə çatdıraraq Azərbaycanın regional və qlobal məsələlərin həllinə mühüm töhfələr verdiyini ifadə edib.

Ölkəmizin  beynəlxalq əlaqələri son illərdə sürətlə genişlənmiş, xüsusilə Çin ilə qurulan yaxın əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm bir mərhələni təşkil edir. Bu münasibətlər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən və siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir addım olub.

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq üzrə imzalanan Bəyannamə iki ölkə arasında etimad və əməkdaşlığın göstəricisidir. Həmin sənəd Azərbaycanın dünya iqtisadiyyatında mühüm rol oynayan ölkələr, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-ə üzv dövlətlərlə əlaqələrini daha da gücləndirir. Bu istiqamətdə yeni perspektivlər Azərbaycanın qlobal və regional arenada artan rolunun bir təzahürüdür. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində iştirak ölkəmizin iqtisadi sferalarda əldə etdiyi dividentlərin artırılmasına yönəlik mühüm təşəbbüslərdir. Azərbaycanın Çin və Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri, eyni zamanda, Xəzər və Cənubi Qafqaz regionundakı rolu ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində sabit mövqeyini nümayiş etdirir.

Müstəqil siyasət və məsuliyyətli tərəfdaşlıq bizə imkan verir ki, digər ölkələrlə qarşılıqlı münasibətlər qura bilək. Bu gün Azərbaycan Çinlə də strateji tərəfdaşlıq istiqamətində çox ciddi addımlar atıb. Bununla yanaşı Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalanıb. Cənab Prezidentin də qeyd etdiyi kimi şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə də əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Müsahibədə diqqətçəkən məqamlardan biri də odur ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.

Bundan əlavə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyev növbəti müsahibəsi ilə Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu açıq şəkildə bəyan etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see594

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see338

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see331

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see291

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see273

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see263

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see261

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see257

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see249

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see249

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see239

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see231

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see216

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see201

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see178

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see177

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see176

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see176

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see174

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri