Icma.az
close
up
RU
Azərbaycanın regional iqtisadi layihələrdə rolu artacaq POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycanın regional iqtisadi layihələrdə rolu artacaq POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan-Suriya əməkdaşlığı, xüsusilə də enerji və yenidənqurma sahəsində irəli sürülən təşəbbüslər, ölkəmizin Yaxın Şərq siyasətində yeni imkanlar və eyni zamanda ciddi strateji çağırışlar doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq fonunda Azərbaycan ilk dəfə olaraq Yaxın Şərqdə münaqişədən sonrakı bərpa proseslərinə bilavasitə dəstək verən və həm iqtisadi, həm də diplomatik imkanlarını səfərbər edən aktora çevrilir: "İlk növbədə, Azərbaycan bu əməkdaşlıq vasitəsilə regionda yumşaq gücünü artırır. Suriyanın bərpasına dəstək vermək, orada humanitar və infrastruktur layihələrində iştirak etmək, bu ölkənin iqtisadi dirçəlişinə töhfə vermək Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir. Bu həm də Prezident İlham Əliyevin balanslı xarici siyasətinin nəticəsidir. Azərbaycan burada nə geosiyasi qarşıdurmalarda tərəf tutur, nə də hansısa regional bloklara daxil olur – əksinə, praqmatik və tərəfdaşlıq əsaslı siyasət yürüdür. Eyni zamanda, bu əməkdaşlıq Yaxın Şərqdəki digər ölkələrlə – o cümlədən İordaniya, Misir, İraq və Səudiyyə Ərəbistanı ilə də yeni əməkdaşlıq imkanlarının açılmasına səbəb ola bilər. Azərbaycan enerji, logistika, kənd təsərrüfatı və tikinti sahəsində bu ölkələrlə birgə layihələr həyata keçirə bilər. Bu isə Azərbaycanın regional iqtisadi layihələrdə rolunu daha da artıracaq. Lakin bu istiqamətdə çağırışlar da mövcuddur. Yaxın Şərq regionu geosiyasi baxımdan həssas və çoxqütblü maraqların toqquşduğu məkandır. Azərbaycanın burada aktiv iştirakı, xüsusilə Suriyada müəyyən təşəbbüslərlə çıxış etməsi, bəzi regional güclər tərəfindən diqqətlə izlənəcək. Bu səbəbdən Azərbaycan balansı qorumaqla, müstəqil və neytral mövqeyini saxlayaraq öz milli maraqlarını irəli aparmalıdır.

Nəticə etibarilə, Azərbaycan-Suriya əməkdaşlığı yalnız ikitərəfli əlaqə kimi deyil, Azərbaycanın Yaxın Şərqdə mövqeyinin möhkəmlənməsi, yeni diplomatik və iqtisadi cəbhələrin açılması baxımından strateji önəm daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri